Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
İspanaqlı toyuq dolması yemisiniz? - RESEPT

İspanaqlı toyuq dolması yemisiniz? - RESEPT

yüklənir...

Mətbəximizdə bir çox dolma növü var. Amma  verəcəyi bu reseptlə tam fərqli bir dolma növü ilə tanış olacaqsınız.

 

İspanaqlı toyuq dolması

 

 

Lazım olanlar:

 

500 qr toyuq sinəsi

2 soğan

1 dəstə ispanaq

1 dəstə təzə nanə

2 xörək qaşığı zeytun yağı

1 ədəd kiçik limon

Kərə yağı

Duz

İstiot

 

Hazırlanması:

 

Doğranmış soğan zeytun yağında qovrulur və içinə ispanaq, nanə, rəndələnmiş limon, duz və az su tökülür. Suyu çəkildikdən sonra ocaqdan götürüb soyudulur.

Toyuq sinəsinin üzərinə duz, istiot səpilir, hazırlanan içlikdən qoyulub bükülür və çöplə bağlanır.

 

İçi azacıq yağlanmış soba qabına düzülən toyuq dolmalarının üzərinə azacıq kərə yağı qoyulur. Üstləri alüminium falqa ilə örtülüb, 190 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirilir.

 

İsti-isti servis edin.

 

Nuş olsun!

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur