Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Göbələkli tava kababı – FƏRQLİ VƏ LƏZZƏTLİ DAD

Göbələkli tava kababı – FƏRQLİ VƏ LƏZZƏTLİ DAD

yüklənir...

Göbələyi çoxumuz sevirik, xüsusilə də salatlarda istifadə etməyi xoşlayırıq. Sizə fərqli dadda göbələk yeməyi reseptini təqdim edirik.

 

Ərzaqlar:

 

 

1 kq quzu əti

250 qr göbələk

250 qr soğan

5-6 ədəd acı bibər

2 ədəd pomidor

1 ədəd kök

4 diş sarımsaq

1 yemək qaşığı yağ

Duz

İstiot

Bir çimdik kəklikotu

 

Hazırlanması:

 

Bir tavaya yağı qoyub əridin. Quşbaşı doğranmış əti əlavə edərək, ətlər suyunu çəkənə qədər qovurun. Doğranmış soğan və kökü də əlavə edərək, qovurmağa davam edin. Daha sonra göbələkləri dörd yerə bölərək içinə qatın. İri halqa şəklində doğranmış acı bibərləri əlavə edib, göbələklər suyunu çəkənə qədər qovurun. Pomidorları doğrayıb, duz, istiot və kəklikotu əlavə edərək tavaya tökün. 3-4 dəqiqə daha qovurub, üzərinə azacıq çıxana qədər su tökün. Aşağı temperaturda ət və tərəvəzlər yumşalana qədər bişirin.
 

Nuş olsun!

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur