Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Badambura belə bişirilir – RESEPT

Badambura belə bişirilir – RESEPT

yüklənir...

Artıq Novruz bayramına sayılı günlər qalır. Xanımlar bayram xonçası üçün şirniyyat bişirmə hazırlıqlarına başlayıblar.Bayram süfrənizə ləzzət qatacaq badamburanın reseptini veririk.

 

Tərkibi:

 

 

400 qr əla növ un

200 qr xama

200 qr badam

1 stəkan şəkər tozu

1 xörək qaşığı şəkər pudrası

60 qr kərə yağı

1 çay qaşığı döyülmüş hil

Zövqə görə duz

 

Hazırlanması:

 

Əvvəlcə iç hazırlanır. Təmizlənmiş badam çərəz maşınından keçirilir və şəkər tozu ilə qarışdırılır. Hil dənələri həvəngdəstədə döyülür, içə əlavə edilərək yaxşıca qarışdırılır. Undan və xamadan xəmir yoğurulur. Stolun üstünə qoyaraq 300 qramlıq tikələrə bölünür. Hər xəmir tikəsi kündələnərək 2 mm qalınlığında yayılır, yağlanır və boru şəklində bükülür. Çox böyük olmayan hissələrə bölünərək yenidən yumrulanır və 5-6 mm qalınlığında yayılır. Sonra yayılmış dairənin ortasına iç qoyulur, ortadan bükülür və kənarları birləşdirilir. Sobada 170-180 dərəcə temperaturda 25-30 dəqiqə bişirilir. Hazır məhsul soyudulur və üstünə şəkər pudrası səpilir.

 

Nuş olsun!

 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur