Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Umac piroqun – HAZIRLANMA QAYDASI

Umac piroqun – HAZIRLANMA QAYDASI

yüklənir...

Mətbəxdə asan və ləzzətli şirniyyatlar bişirməyi əksər xanımlar çox sevir. Bu dəfə həm ləzzətli, həm də asan hazırlanan umac piroqunun reseptini veririk.

 

Tərkibi:

 

4 stəkan un

2 stəkan şəkər tozu

1 stəkan duru yağ

1 stəkan qatıq

3 ədəd yumurta

1 paket vanil

1 paket qabartma tozu

 

Hazırlanması:

 

Unla şəkər tozunu qarışdırın. Sonra duru yağı  əlavə edib qarışdıraraq umac hazırlayın. Umacdan 1 stəkan götürüb kənara qoyun. Yumurtanı başqa bir qabda yaxşıca çalın, qabartma tozunu qatığa tökərək köpürdərək onun içinə tökün. Daha sonra vanil və umacı qatıqlı qarışıma əlavə edərək yavaşca qarışdırın. Diqqət edin ki, umaclar çox açılmasın. Yağlanmış soba qabına qarışımı tökün və üzərinə kənara ayırdığınız 1 stəkan umacı səpin. Əvvəlcədən qızdırılan 180 dərəcəlik sobada 20-25 dəqiqə üstü qızarana qədər bişirin. Tam soyuduqdan sonra romb doğrayaraq servis edə bilərsiniz.

 

Nuş olsun

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur