Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Tiramisu belə bişirilir – HAZIRLANMA QAYDASI

Tiramisu belə bişirilir – HAZIRLANMA QAYDASI

yüklənir...

Adətən çay süfrələrində ağız dadımızın alışdığı şirniyyatlardan istifadə etməyi çox sevirik. Amma  bu dəfə sizə italiyan mətbəxinin ən ləzzətli şirniyyatlarından olan tiramisunun reseptini təqdim edirik.

 

Ərzaqlar:

 

1 paket hazır keks (iki qatlı)
1 stəkan isti su

1 xörək qaşığı qəhvə
1 çay qaşığı şəkər tozu

 

Kremi üçün:
 

200 qram labne pendiri
2 stəkan süd

5 xörək qaşığı şəkər tozu
3 xörək qaşığı un
1 ədəd yumurta sarısı

 

Üzəri üçün:

 

2 xörək qaşığı kakao 

 

Hazırlanması:

 

Əvvəlcə kremi hazırlayın. Şəkər tozu, süd, un və yumurta sarısını bir qazanın içinə töküb ocağın üzərinə qoyun. Orta odda dayanmadan qarışdıraraq, qatılaşana qədər bişirin. Kremi soyumağa qoyun. Soyuyandan sonra içinə labne pendirini qatıb mikserlə çırpın.

 

Keksi islatmaq üçün isti su, qəhvə və şəkər tozunu bir qabda qarışdırın. Servis boşqabına keksin bir qatını yerləşdirin. Qəhvə qarışımının yarısı ilə keksi isladın və üzərinə kremi yayın.

 

Keksin digər qatını da qəhvə qarışımı ilə isladın və çevirərək kremli qatın üzərinə qoyun. Qalan kremi tiramisunun üzərinə sürtün. Son olaraq kakaonu səpin. Soyuducuda 1-2 saat saxladıqdan sonra servis edə bilərsiniz. 

 

Nuş olsun!

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur