Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Südlü mərcimək şorbasını BELƏ HAZIRLAYIN

Südlü mərcimək şorbasını BELƏ HAZIRLAYIN

yüklənir...

Daha çox tərəvəzlə bişən xörəklərdən biri olan mərcimək süd ilə bərabər hazırlandıqda daha da ləzzətli olur.

Sizə südlü mərcimək şorbasının reseptini veririk.

 

Ərzaqlar:

 

2 xörək qaşığı kərə yağı

2 xörək qaşığı duru yağ

1 baş quru soğan
2 xörək qaşığı un
1 stəkan yarım qırmızı mərcimək
1 stəkan süd
1 litr yarım su
Duz

 

Hazırlanması:

 

Kərə və duru yağı birlikdə qazanda qızdırın və doğradığınız soğanları töküb qovurun. Ardınca unu tökərək, rəngi dəyişənə qədər qovurun. Daha sonra yuyulmuş mərciməkləri qazana tökərək qarışdırın və üzərinə su tökün. Qazanın qapağını bağlayaraq şorbanı bişirin. Mərciməklər bişdikdən sonra şorbanı blenderlə qarışdırın süd və duz əlavə edərək 4-5 dəqiqə az odda qaynatdıqdan sonra ocaqdan götürün. İsti-isti servis edin.

 

Nuş olsun!

 

 
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur