Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Pendirli pidenin HAZIRLANMA QAYDASI

Pendirli pidenin HAZIRLANMA QAYDASI

yüklənir...

Pideni təkcə kafe və ya restoranlarda yemək məcburiyyətində deyilsiniz. Çox asanlıqla evdə də bu ləziz yeməyi hazırlayıb dada bilərsiniz. Pidenin bir neçə növü var. Sizi pendirli pidenin resepti ilə tanış edirik.

 

Ərzaqlar:

 

 - Yarım stəkanı duru yağ

 - 3 çörək qaşığı qatıq

 - 150 ml ilıq su

 - 40 qram duru maya

 - 4 stəkan un

 - 1 çay qaşığı duz

 - 1 çay qaşığı şəkər tozu

 - Ağ pendir

 - 4 orta boy baş soğan

 

 

Hazırlanması:

 

Əvvəlcə pendirli pidenin xəmiri hazırlanır. Dərin bir qaba un, qatıq və duru yağ tökün. İlıq suyun içərisinə mayanı əlavə edin. Maya əridikdən sonra onu da qabın içərisinə tökün. Şəkər tozu və duz da qatıb xəmiri yoğurmağa başlayın. Yaxşıca yoğurduqdan sonra üzərini örtüb mayalanmasını gözləyin.

 

İçini hazırlayarkən ağ pendir və xırda doğranmış baş soğanı əlinizlə qarışdırın. Xəmir mayalandıqdan sonra 15 bərabər hissəyə bölün. Daha sonra hər bir xəmiri pide şəklində açın.

 

Sonrakı mərhələdə içərisinə pendirli qarışımı qoyub kənarlarını üstünə bağlayın və bərk yapışdırın. Pide hazır olduqdan sonra 200 dərəcədə sobaya qoyun. Üzərləri qızarana qədər bişirin. Sobadan çıxardıqdan sonra üstündəki xəmir hissələrinə kərə yağı sürtün. Dilimləyərək süfrəyə təqdim edə bilərsiniz.

 

Nuş olsun!

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur