Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Leyla Əliyeva “Jara” filminin qalasında

Leyla Əliyeva “Jara” filminin qalasında

yüklənir...

Ötən gün Bakıda "Jara” romantik komediya filminin premyerası keçirilib. Qala gecəsi Heydər Əliyev Mərkəzində baş tutub.

Gecədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov iştirak edib. Bundan əlavə, qala gecəsinə Xalq artistləri Emin Ağalarov, Zülfiyyə Xanbabayeva, Rusiyanın tanınmış aparıcısı Yuliya Baranovskaya və başqa ulduzlar da qatılıb. 

 90 dəqiqəlik filmin ideya müəllifi və prodüsseri Teymur Cəfərov, baş prodüsseri Emin Ağalarov, rejissoru Dunya Lisova, quruluşçu-rəssamı Masksim Alipçenko və quruluşçu-operatoru Vasiliy Rıjovdur. 




Filmin çəkilişləri "Jara” beynəlxalq musiqi festivalı çərçivəsində ötən ilin iyul ayında Bakıda baş tutub. Çəkilişlərdə Filip Kirkorov, Nikolay Baskov, Qriqoriy Leps, Ani Lorak, EMİN, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak ediblər.


Filmin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən "Jara” festivalına uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və festivalın ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu Diana Pojarskaya ifa edir.




Filmdə əsas rollardan birini azərbaycanlı aktrisa Günəş Mehdizadə, epizodik rollarda Aydan Axundova, rəqqasə Rəna Ağamuradova (Renka) ifa edib. 




 







 


скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur