Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara-2019" musiqi festivalının dördüncü günündə fəxri qonaqlar arasında olub

yüklənir...

"Jara-2019" Beynəlxalq Musiqi Festivalının sonuncu günü - iyulun 28-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.

 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.

Qırmızı xalıdan keçən Leyla Əliyeva festivalla bağlı təəssüratlarını bölüşüb. Leyla Əliyeva "Jara" festivalının tamaşaçılara əsl bayram ab-havası yaşatdığını söyləyib. "Əfsuslar olsun ki, bu gün festivalın son günüdür. Burada böyük sevgi, məhəbbət və bayram əhval-ruhiyyəsi var. Çox şadam ki, builki festival da böyük uğurla başa çatır. Bol musiqi, sevgi, əyləncə və isti münasibətlər - bütün bunlar insanları bir-birinə daha doğma edir. İnanıram ki, növbəti "Jara"da da bugünkü səmimiyyəti, hərarəti görə biləcəyik. Hər kəsə uğurlar arzulayıram", - deyə Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib.

Xalq artisti Emin Ağalarov festivalın sonuncu günü səhnəyə məşhur gənc musiqiçilərin çıxacağını söyləyib və onların ifalarının tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağına əminliyini ifadə edib. O vurğulayıb ki, festivalın sonuncu günü çox təmtəraqlı keçir. Bu gün festivalın ən hərarətli günüdür. "Bütün iştirakçılara təşəkkürümü bildirirəm və hər kəsi doğma "Jara" festivalında görməkdən çox şadam. Bugünkü konserti Timati bağlayacaq. Bu da çox möhtəşəm olacaq", - deyə Emin Ağalarov qeyd edib.

 

Sonra məşhur ifaçılar və qruplar Emin, Timati, Nazima, TERNOVOY, Doni, Mişa Marvin, Klava Koka, Natan, Qriqori Leps, Ciqan, MOLLY, Loboda, HammAli i Navai, CYGO, Mari Kraymbreri, Rauf, Faiq, ZOMB, Nyuşa, Lyubov Uspenskaya, Rasa, Kosmos Girls, Elvin Qrey, Ellai, MOT, Aısel, Asammuell, Babək Məmmədrzayev, Samra, Fika, İsayya, Evqeniya Mayer, Velvet, Aleksandr Panayotov, Slava, Yuliya Kovalçuk, JONY, Elman, Andro, Gemini, Alessandra, Anna Sedokova, Timur Rodriqez, TEREZA və Serebro da qırmızı xalıdan keçərək fikirlərini jurnalistlərlə bölüşüb, bugünkü konsertdə ifaların əsl bayram əhval-ruhiyyəsi yaradacağını qeyd ediblər. Onlar, həmçinin konsertə böyük həvəslə hazırlaşdıqlarını söyləyiblər.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur