Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Fatimədən 15 minlik klip

Fatimədən 15 minlik klip

yüklənir...

Ötən gün rəqqasə Fatimə Fətəliyeva "Cümhuriyyət suitası” adlı layihəsinio təqdim edib.  O, KİV nümayəndələrinin qarşısına çıxaraq yeni klipini təqdim edib. 

Ekran işinin rejissoru Nail Naiboğlu, bəstənin müəllifi Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlidir. 

"Bu işimi Azərbaycanın Cümhuriyyətinin 100 illiyinə həsr etmişəm. Klipdə əziyyət çəkənlərin hər birinə təşəkkür edirəm. Qobustanda, daşların üzərində oynamaq əziyyətli bir işdir. Həmin gün ayaqlarım yara içərisində idi. Çəkiliş vaxtı rejissorumuz məni incitdi, dalaşdıq, gecələr gündüzə qarışdı”- deyə Fatimə qeyd edib. 

Bundan əlavə, rejissor N. Naiboğlu layihənin büdcəsinin 15 min manat olduğunu açıqlayıb. Klipin premyerasında xalq artisti Mənsum İbrahimov,əməkdar artisti Rəşad İlyasov, Xatirə İslam, Sevda Yahyayeva kimi məşhurlar da iştirak edib.  

Təqdimat mərasiminin aparıcısı Lamiyə Ələkbərova olub. 



скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur