Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Cəhənnəm sakinləri”nin premyerası oldu - Fotolar

“Cəhənnəm sakinləri”nin premyerası oldu - Fotolar

yüklənir...

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Cəhənnəm sakinləri” tamaşasının premyerası olub. 

Teatrın mətbuat xidmətindən  verilən məlumata görə, xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesinin əsasında hazırlanan tamaşanın premyerasında hökumət rəsmiləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. 

Səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub. Yeni səhnə əsərində xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev və Xədicə Novruzlu iştirak ediblər.

 

 









скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur