Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
İstəmədim...

İstəmədim...

yüklənir...

Könlütox gəzərəm əyin-başımnan;

"astar” bəsim oldu, "üz” istəmədim.

qorxdum kidoğmalar bezər yaşımnan –

Tanrıdan "Yüz əlli”, "Yüz” istəmədim.

Arzum ürəyimdəhəyam üzümdə.

yara qaysağıdır külüm – gözümdə,

olsun kiəyridir iki gözüm ;

özgə cür görməyə göz istəmədim.

Yaman dadlı imiş həyat nədisə!

hər gün bir möcüzəhər an hadisə,

əzablar önündə bükülmədisə 

zirvəyə qalxmağa diz istəmədim.

Pisimə güc gəldi düşmən alayı,

misimi çürütdü özgə qalayı,

dünyadan "beş arşın bezdən” savayı

heç nəyişahidsiz siz – istəmədim!

Alsın Vətən mənnən –  alacaqsa

"olacaq” sanacam –  olacaqsa,

mənnənVahid ƏZİZ qalacaqsa –

bəsimdiqondarma iz istəmədim... 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur