Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Ölkədə elektron qaydada nəzarət edilən məhkumların sayı AÇIQLANDI

Ölkədə elektron qaydada nəzarət edilən məhkumların sayı AÇIQLANDI

yüklənir...

Azərbaycanda bu günə kimi beş mindən artıq məhkuma elektron qaydada nəzarət tətbiq olunub.

Bu barədə Ədliyyə Nazirliyinin canlı yayımında nazirliyin Probasiya Xidmətinin Elektron monitorinq idarəsinin baş məsləhətçisi Nəvai Əlizadə məlumat verib. 

O bildirib ki, azadlığın məhdudlaşdırılması cəzası və məhkumların elektron vasitələrlə izlənilərək daim nəzarətdə saxlanılmaları onların islah olunmaları və təkrar cinayət törətməkdən çəkinmələri üçün kifayət qədər effektiv vasitədir:

"Elektron nəzarət vasitələri tətbiq edilən məhkumlar tərəfindən təkrar cinayətlərin törədilməsi hallarında azalmalar müşahidə olunur. Ötən dövr ərzində ümumilikdə 5000 nəfərdən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib. Hazırda Monitorinq Mərkəzində elektron nəzarət vasitələrinin tətbiq edildiyi 3000-dən artıq şəxs izlənilməkdədir”.

Azadlığın məhdudlaşdırılması cəzasının icrası zamanı həmin şəxslərə iki cür həvəsləndirmə tətbiq oluna bilir.

Bu barədə Ədliyyə Nazirliyinin canlı yayımında nazirliyin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslər təyin olunan cəzanın yarısını çəkdikdən sonra onlara vaxtından əvvəl şərti azadolunma tətbiq edilə bilər:

"Həmin şəxslərə həvəsləndirmə məqsədilə, qaydalara uyğun şəkildə həftənin şənbə və bazar günləri, eyni zamanda bayram günləri məhkəmə tərəfindən müəyyən olunan ərazini tərk etmək imkanı yaradılır. Ölkə ərazisində 40-dan çox məhkuma bu cür imkan yaradılıb”.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur