Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Prezidentin köməkçiləri Ərtoğrulla görüşdü

Prezidentin köməkçiləri Ərtoğrulla görüşdü

yüklənir...

Operativ Qərargahın brifinqi ilə bağlı hazırladığı videoları ilə geniş tamaşaçı kütləsi toplayan aktyor və rejissor Ərtoğrul Kamalov Azərbaycan Respublikası Prezidentinin köməkçiləri – Şahmar Mövsümov və Hikmət Hacıyevlə görüşüb.

Bu barədə o, feysbuk hesabında yazıb:

 

"Çox dəyərli Şahmar müəllim və Hikmət müəllimlə görüşümüz baş tutdu. Mənim üçün qürurverici anlar idi. Səmimiyyətləri isə tamam başqa idi. Var olun, ölkəmizin dəyərli oğulları. Allah sizi qorusun. Nə yaxşı ki, sizi şəxsən tanıdım, nə yaxşı ki, varsınız. Şahmar müəllim də, Hikmət müəllim də videolarımı çox bəyəndiklərini və davam etməyimi istədilər”.

Xatırladaq ki, Prezidentin köməkçisi Hikmət Hacıyev avqustun 15-də Operativ Qərargahın brifinqində Ərtoğrul Kamalovun fəaliyyətini yüksək qiymətləndirdiklərini qeyd etmiş və onu Prezident Administrasiyasına (PA) görüşə dəvət etmişdi.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur