Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Ehtiyat zabit hazırlığı kursu” nə vəd edir? (ŞƏRH)

“Ehtiyat zabit hazırlığı kursu” nə vəd edir? (ŞƏRH)

yüklənir...
Belə kursları çox müsbət qiymətləndirirəm. Çünki bu sadəcə ordunun peşəkar kadr zabitlərində olan ehtiyacını deyil, eyni zamanda cəmiyyətin də tələblərini qarşılayır".

Müdafiə Nazirliyi "Ehtiyat zabit hazırlığı kursu”na qəbul başlayır. Nazirliyin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək vətəndaşlar fevralın 3-dən 21-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (SQ TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Hərbi ekspert Heydər Mirzə "MediaPost"a açıqlamasında bildirib ki, belə kurslar çox müsbət qiymətləndirilməlidir:

"Həmin kursu bitirən zabitlərin işlə təminatı Müdafiə Nazirliyinin tabeliyində olan qoşun növləri və hərbi birləşmələrin təlabatına uyğun həyəta keçirilir. Təlabat artıq bu kursların məzmununda öz əksini tapır.

Bu növ kurslar, ehtiyata buraxılanların zabit kursları, ilk növbədə vaxtı ilə müddətli hərbi xidmət zamanı əldə olunan bilik və bacarıqların yenilənməsi, həqiqi hərbi xidmət zabiti səviyyəsinə qədər qaldırılmasını təmin edir.

Bu, bir çox ölkələrdə tətbiq olunan praktikadır. Xüsusən də peşəkar muzdlu deyil, çağırış əsasında formalaşan ordularda”.



Ekpert qeyd edib ki, kursu müvəffəqiyyətlə başa vuranlar leytenant hərbi rütbəsi alırlar və razılaşma əsasında ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar:

"Beləliklə, həm ordu mülki sahədə təcrübəsi, peşəsi olan zabit əldə edir, həmin adam isə zabit karyerası imkanı qazanır.

Mən belə kursları çox müsbət qiymətləndirirəm. Çünki bu sadəcə ordunun peşəkar kadr zabitlərində olan ehtiyacını deyil, eyni zamanda cəmiyyətin də tələblərini qarşılayır. Bu tələblərdən təhlükəsizlik və müdafiədən başqa heç də geri qalmayan və mühim olanı - ordumuzu sabit, prestijli və uzunmüddətli karyera imkanı açan bir institut olaraq görməkdir.

Onu da qeyd edim ki, Müdafiə Nazirliyinin bu növ kurslarla bağlı elanlarını demək olar ki, hər il görürəm. Şəxsən mən bu gün qeyd olunan xəbəri "Facebook” səhifəmdə paylaşan kimi bir nəfər tərəfdən mesaj qutuma sorğu gəldi”.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur