Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Ədliyyə sahəsində innovasiyalar təqdir olunub

Ədliyyə sahəsində innovasiyalar təqdir olunub

yüklənir...

Azərbaycan Prezidenti İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası çərçivəsində azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər görülür. Bu məqsədlə Ədliyyə Nazirliyində Probasiya xidməti yaradılmaqla həmin cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb.

Qısa müddətdə bu sahədə yaranmış müsbət təcrübəmizə maraq göstərilərək digər dövlətlər tərəfindən yerində öyrənilir, probasiya fəaliyyətinin ictimai əhəmiyyəti nəzərə alınaraq geniş təqdimatlar keçirilir.

Azərbaycanda fəaliyyət göstərən qərb dövlətlərinin diplomatik korpusunun nümayəndələri bu sahədə təcrübəmizlə tanış olmaq barədə niyyətlərini bildirərək nazirliyin Probasiya xidmətinə baş çəkiblər.

Keçirilmiş görüşdə dövlətimizin başçısının Sərəncamının icrası üzrə görülən işlər, o cümlədən azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndirilməsi, bu sahədə Probasiya xidmətinin elektron monitorinq fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, həmin cəzaların icrasında xarici təcrübə qısa müddətdə öyrənilib, bir çox müxtəlif modellər sınaqdan keçirilib, elektron nəzarət vasitələrinin məhz yerli istehsalı təşkil olunub.

Məhkəmələr tərəfindən alternativ cəzaların tətbiqinə daha çox üstünlük verilməsinin nəticəsidir ki, bir ildən az müddətdə artıq 900-dən çox məhkuma elektron qolbaq tətbiq olunub.

Qonaqlar xidmətin Elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti, elektron qolbağın imkanları və tətbiqi xüsusiyyətləri ilə əyani tanış olub, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında innovasiyaları, bu sahədə məhkəmə praktikasında humanist yanaşmanı yüksək qiymətləndirib, elektron qolbaqların tətbiqi sayının artmasını məmnunluqla qarşılayaraq qısa müddətdə belə inkişafa dünyanın nadir ölkələrində rast gəlindiyini vurğulayıblar.

Müzakirələr zamanı qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb, faydalı fikir mübadiləsi aparılıb.

Ədliyyə sahəsindəki yeniliklərdən heyranlıqlarını ifadə edən diplomatik korpusun nümayəndələri qısa zamanda vətəndaşlara xidmət sahəsində müasir innovativ texnologiyaların tətbiqi üzrə mükəmməl inkişafa nail olunduğunu vurğulayıb, əldə olunan nailiyyətləri təqdir ediblər.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur