Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Bu gecə Kiçik çillə başlayır

Bu gecə Kiçik çillə başlayır

yüklənir...

Xalq inancına görə, bu gecə - yanvarın 31-dən fevralın 1-nə keçən gecədən etibarən Azərbaycanda Böyük çillə başa çatır və Kiçik çillə başlayır. Böyük çillə dekabr ayının 21-dən 22-nə keçən gecə başlamışdı.  

Oxu.Az-ın xəbərinə görə, Kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur.

Sərt soyuğuna görə Kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Elə çillə sözü özü də məşəqqət, əzab, əziyyət mənasında işlədilir. Kiçik çillə 20 gün davam edir.

Qədim türklərin inancına görə, qış fəsli Böyük çillə, Kiçik çillə və Boz ay olmaqla, üç hissəyə bölünür. Böyük çillə 40 gün, Kiçik çillə 20 gün, Boz ay 30 gün davam edir. Boz ayın bitməsi ilə ellərimizə Novruz qədəm qoyacaq.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur