Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Cinsi problemi olan kişilərin nəzərinə: Gündə 1 aspirin içsəniz...

Cinsi problemi olan kişilərin nəzərinə: Gündə 1 aspirin içsəniz...

yüklənir...

Gündə 1 aspirin içməyin kişilərin cinsi həyatına inanılmaz fayda verdiyi ortaya çıxıb.

 

Türkiyədə aparılan bir araşdırmaya əsasən aspirin kişilərdə ereksiya pozuqluğunu (erektil disfunksiya) müalicə edə bilər. Belə ki, 6 həftə boyunca gündə sadəcə 100 mq aspirin kişilərdə qan dövranı problemlərini aradan qaldırır.

 

 

Çalışma üçün bir araya gətirilən yaşları təxminən 48 olan 184 kişinin 70 faizi ereksiya problemi yaşayırlar. 6 həftəlik müalicə boyu 120 kişi aspirin istifadə edib. Və sonda onlardan aşağıdaki suallar soruşulub:

 

1. Partnyorunuzla cinsi əlaqəniz vardı?

 

2. Müvəffəqiyyətli bir cinsi əlaqə üçün ereksiyanız kifayət qədər uzun çəkir?

 

6 həftə ərzində hər gün aspirin istifadə edən kişilərin 88.3 faizi ilk suala, 78,3 faizi isə 2-ci suala "bəli" cavabını verib.

 

Qeyd edək ki, bu, qanın yaxşı dövran etməməsi nəticəsində kişilərdə ereksiya (sərtləşmə) problemlərinin yaranması ilə əlaqədar ilk araşdırmadır.


скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur