Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Parlaq saçlara sahib olmaq üçün 8 TƏBİİ ÜSUL

Parlaq saçlara sahib olmaq üçün 8 TƏBİİ ÜSUL

yüklənir...

Bütün qadınlar saçlarının parlaq və qüsursuz olmasını arzulayır. Bunun üçün təkcə şampun və digər vasitələrə üz tutmaya da bilərsiniz. Parlaq saçlara qovuşmaq üçün lazım olan 10 təbii üsulla sizi tanış edirik.

 

İsti dəsmal müalicəsi

 

Zeytun yağı və ya badam yağını saçlarınıza yavaşca masaj edərək yedirin. Xüsusilə boyalı saçların uc hissələrindən yuxarıya doğru çəkin. Sonra saçlarınızı isti bir dəsmalla bükün. Dəsmalı isti suyla islatdıqdan sonra yaxşıca sıxmalısınız. Prosesi əllərinizdə əlcəklə yerinə yetirin.

 

 

Soyuq su

 

Duşdan çıxmazdan əvvəl saçlarınızı soyuq suyla durulayın. Lakin bunu qəfil etməyin. Başınızı önə əyib əvvəl ilıq suyla yaxalayın, sonra yavaş-yavaş suyun dərəcəsini azaldın. Beləcə, üşüməzsiniz. Hər dəfə duşa girəndə bu üsulu tətbiq edin.

 

 

Təbii saç fırçası

 

Təbii saç fırçaları saçın təbii yağını bərabər olaraq paylayar, bu da saçlarınızın daha parlaq görünməsini təmin edir.

 

Spirtsiz kosmetik məhsullar

 

Spirtin saçları qurutmağı sirr deyil. Saç köpüyü kimi saça forma verən bir çox məhsulların tərkibində spirt var. Tərkibində spirt olmayan və ya təbii məhsullara üz tutun.

 

Buğda

 

1 kasa buğdanı qaynadın. Üzərində yığılan köpüklə birlikdə suyunu süzün. Süzdüyünüz bu suyla saçlarınızı isladın. Yarım saat gözlədikdən sonra yuyun.

 

Spirtsiz pivə

 

Pivənin ana maddəsi buğdadır. Saçlarınızı spirtsiz pivə ilə isladıb 30 dəqiqə belə saxlayın, sonra yuyun. Daha parlaq saçlara sahib olarsınız.

 

Badam yağı

 

Badam yağı saçları və saç dərisini qidalandırır. Daim istifadə etdikdə tökülmələri də azaldan badam yağını saçlarınıza çəkin, yarım saat saxladıqdan sonra yuyun.

 

Alma sirkəsi

 

Alma sirkəsi saçları həm yumşaldır, həm parıldadır. 500 ml-lik kiçik bir şüşə qaba yarım stəkan alma sirkəsi töküb üzərini suyla doldurun. Duşdan çıxarkən saçınızı bu suyla durulayın.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur