Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Saçları gurlaşdıran 3 SADƏ VASİTƏ

Saçları gurlaşdıran 3 SADƏ VASİTƏ

yüklənir...

Sağlam və baxımlı saçların sirri nədir? Saçları gurlaşdırmaq üçün nə etməliyik? Hazırda əksər xanımların saçla bağlı ən çox verdiyi suallar bunlardır. Ailem.az sizə təbii yollarla sağlam və gur saçlara nail olmağın yollarını sadalayır.

 

Yumurta ilə saç gurlaşdırmaq

 

Yumurtanın tərkibində saç üçün lazım olan bir çox faydalı vitamin və mineral var. Yumurta ağı güclü bir protein qaynağıdır. Protein saç follikullarını gücləndirərək saçı daha gur hala gətirir. Yumurta maskası çox asandır. Yumurta sarısını və ağını qarışdırıb saçlarınıza sürtün. 15-20 dəqiqə saxlayın, sonra yuyun. Bu maska ilə siz fərqi dərhal hiss edə biləcəksiniz.

 

Gicitkənin saça faydaları 

 

Gicitkənin tərkibindəki kimyəvi birləşmələr saç tökülməsinə səbəb olan dihidrotestesteron adı verilən DHT hormonunu aradan qaldırır və saç tökülməsini əngəlləyir.

 

Gicitkəni əlcək vasitəsilə sapından ayırın və bir qazana qoyub üzərinə su tökərək qaynadın. 5 dəqiqə boyunca qaynatdığınız gicitkən suyunu 10-15 dəqiqə dəmlənməyə qoyun və süzün. Saçlarınızı bu su ilə yuduqdan sonra durulayın. Bir-iki dəfə bunu təkrar etdikdən sonra daha gur saçlara qovuşa bilərsiniz.

 

Badam yağı ilə saçlara qulluq

 

Tərkibindəki möhtəşəm vitamin və minerallarla dəriyə və saça çox faydalı olan badam gur saç üçün ən ideal qidalardan biridir. Yağı və südü ilə də metabolizma və həzm sistemimizə yardımçı olan badam müxtəlif narahatlıqlara faydalıdır.

Badam yağını duşa girməzdən əvvəl saçlarınıza vuraraq yaxşı nəticə əldə edə bilərsiniz. 3 xörək qaşığı badam yağını saç diblərinizə və saç uclarınıza sürtün. Bir az saxladıqdan sonra saçlarınızı yuyun.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur