Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Saçı gec uzanan xanımlara – FAYDALI MƏSLƏHƏTLƏR

Saçı gec uzanan xanımlara – FAYDALI MƏSLƏHƏTLƏR

yüklənir...

Uzun saç sevənlərin ən çox yaşadıqları problemlərdən biri yavaş və çətin uzanan saçlardır.

Qısa zamanda saç uzatmağın yollarını təqdim edirik.

 

 

Mütəmadi olaraq saçlarınızı darayın

 

 

Saçları daramaq, saç dərisini masaj etdiyindən qan dövranını sürətləndirir. Beləliklə saçlar qidalanır və daha tez uzanır. Saçlarınızı səhərlər və axşamlar yatarkən darayın. İstifadə etdiyiniz darağın sıx dişli olmasına da diqqət edin. Əks halda saçlarınızda qırıqlar yarana bilər.

 

 

Saçlarınızı formaya salan alətlərdən vaz keçin

 

 

Fen, maşa ya da düzləşdiricilər saçlarınızdaki nəmi azaldır və saçınızı qurudur. Bu vəziyyətdə, saçlarınız uzanmaz, əksinə saçlarınızda tökülmələr yaranar.

 

 

Kimyəvi tərkibli vasitələrdən istifadə etməyin

 

Kimyəvi tərkibli vasitələr, saçdaki nəmi azaldır və saç dərisindəki gözənəkləri tıxıyır. Şampun, krem, saç boyası və ya saç şəkilləndiricisi olaraq istifadə etdiyimiz vasitələrin mümkün olduğu qədər təbii tərkibə sahib olmasına diqqət edin.

 

 

Qidalanmaya diqqət edin

 

 

Saçlarınızın sürətli və sağlıqlı bir şəkildə uzanması üçün bol protein və vitamin istifadə etməlisiniz. Bunun üçün yumurta, balıq, müxtəlif taxıllar, təzə meyvə və tərəvəz yeməyə çalışın. Yağlı və hazır qidalardan uzaq durun.

 

Saçlarınızı hər gün yumayın

 

 

Hər gün saçlarınızı yuyaraq onları xarab edərsiniz. Yaxşı olar ki, saçınızdaki nəm balansını qorumaq üçün 2-3 gündə bir yumağınız kifayətdir.

 

Saçlarınız islaqkən daramayın

Əgər belə etsəniz, islaqkən daha davamsız olan saçlarınızda qırıqlar meydana gələ bilər və saçlarınız gücsüzləşər. Daramaq üçün, saçlarınızın təbii olaraq qurumasını gözləyin ya da su əmen yumşaq bir dəsmal istifadə edin.

 

 

Saçlarınızı yuyarkən saç dərinizi də masaj edin

 

 

Bu vasitə ilə, saç dərisindəki qan dövranının sürətlənməsinə və saçın qidalanmasına köməkçi olarsınız. Maska və qarışımları tətbiq edərkən də masaj edin.

 

Sizi stressə salan vəziyyətlərdən uzaq durun

 

 

Stress, saç uzanmasını dayandıra bilər və saçların tökülməsinə yol aça bilər.

 

 

Müxtəlif qarışım və maskalardan dəstək alın

 

Kimyəvi baxım vasitələri əvəzinə, tamamilə təbii vasitələrlə hazırlanan maska və qarışımlardan istifadə edin. Zeytun yağı, saç sağlamlığı üçün istifadə edilən vasitələrin önündə gəlir. Yumurta, qatıq, bal, palma yağı, alma sirkəsi, limon suyu, aloe vera və soğan bu maska ya da qarışımların hazırlanmasında istifadə edilən vasitələrin digərləridir. Masaj edərək tətbiq etdiyiniz maska və qarışımlar saçlarınızı qidalandırarkən, uzanmalarını da asanlaşdırır.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur