Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Gəncə marafonu 17 km olacaq

Gəncə marafonu 17 km olacaq

yüklənir...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə sentyabrın 17-də təşkil olunacaq "Gəncə Marafonu - 2017”də iştirak üçün artıq 1000-dən çox şəxs qeydiyyatdan  keçib. 

"İradənlə tarix yaz”, "Marafonda bizimlə ol” şüarı altında regionlar arasında ilk dəfə keçiriləcək "Gəncə Marafonu - 2017”də qeydiyyat avqustun 14-dən başlayıb və sentyabrın 17-dək davam edəcək. 

"Gəncə Marafonu - 2017”yə 16 yaşdan yuxarı hər kəs əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. 

Marafon Gəncə şəhərində "Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, "Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə edəcək.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur