Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Banklara kredit borcu olanlara ŞAD XƏBƏR - 2 ay ərzində...

Banklara kredit borcu olanlara ŞAD XƏBƏR - 2 ay ərzində...

yüklənir...

Vətəndaşların böyük əksəriyyəti toy məclislərini həyata keçirmək üçün kredit götürüblər. Buna görə də onlar banklara borcludurlar. Belə görünür ki, mart və aprel ayında toy mərasimləri keçirilməyəcək və onlar kreditləri ödəməkdə çətinlik çəkəcəklər. Mümkünsə, banklara müraciət edək, ən azından bu 2 ay ərzində vətəndaşlara gecikmələrə görə cərimələr tətbiq edilməsin.

Bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişikliklər məsələsinin müzakirəsi zamanı deputat Naqif Həmzəyev irəli sürüb.

Naqif Həmzəyev bildirib ki, bu addımla banklara borcu olan vətəndaşlarımızı sevindirmiş olarıq. Onlar bu problemi özlərinə dərd etməzlər.

Millət vəkili koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə evdə oturan vətəndaşları nəzərə alaraq, internet provayderlərinin gücləndirilmiş iş rejimində işləməsi təklifini də təkrarlayıb.KONKRET.az
 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur