Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Metronun Xocəsəndə tikilən yeni deposu nə vaxt açılacaq?

Metronun Xocəsəndə tikilən yeni deposu nə vaxt açılacaq?

yüklənir...
"Bənövşəyi xəttin Xocəsən qəsəbəsində yerləşən deposunun tikintisinin birinci mərhələsi davam etdirilir. Deponun inşası, lahiyəyə uyğun olaraq 3 mərhələdə aparılacaq”.

Bu barədə modern.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
B.Məmmədov qeyd edib ki, inşaat mərhələləri xəttin tikinti işlərinə uyğun bölünüb:

"Yəni tələbat artdıqca, mərhələlərlə bu iş də davam edəcək. Deponun belə inşası ondan maksimum səmərəli istifadəsi ilə əlaqədardır. Yəni cəmi 3 stansiya üçün bütöv xəttin tələblərini geniş spektrdə ödəyən, böyük xidmət və istehsalat sahələrini əhatə edən depoya zərurət yoxdur. Lakin gələcəkdə, xətt inkişaf etdikcə, bütün mühüm sahələr qurulacaq. 3 stansiya dedikdə, hazırda inşaat-konstruksiya işlərinin böyük əksər hissəsi yerinə yetrilmiş B-3 stansiyası nəzərdə tutulur.

Depoda tikintinin birinci mərhələsi şərti adı "B-03" olan stansiya ilə eyni vaxtda başa çatdırılmalıdır və bu da zərurətdən irəli gəlir. Stansiyanın dönmə kamerası olacaq. Bu isə qatarların bir yoldan digər yola keçərək, daha intensiv qrafiklə və daha çox sayla hərəkət etməsinə şərait yaradacaq. Nəticədə qatarlara texniki qulluq, xidmət və təmir işlərini aparmaq üçün deponun qismən istismara verilməsi zəruridir. Tam hazır olan bir tunelin 700 m hissəsində dəmir-beton bloklar quraşdırılıb. Digər tuneldə isə qazıntı işləri son mərhələdədir”.

B.Məmmədovun sözlərinə görə, əgər qazıntı zamanı Bakı üçün nadir hadisə sayılan mürəkkəb geoloji məsələlər ortaya çıxmasa, B-3 stansiyası ilə birlikdə birinci mərhələnin gələn ilin sonuna qədər tamamlanması gözlənilir.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur