Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Dünənki sərəncamla 950 min insanın maaşı artıb”

“Dünənki sərəncamla 950 min insanın maaşı artıb”

yüklənir...

"Minumum əməkhaqqının artması nəticəsində 950 min insanın əməkhaqqısı artacaq. Bunun 350 min nəfəri özəl sektorda, qalan 600 min nəfərə yaxını isə dövlət sektorunda çalışanlardır”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. O, qeyd edib ki, dövlət sektrorunda çalışan və Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alanlarından da orta əməkhaqqısı təxminən 270 manatdan 350 manata qədər artacaq: "Bütövlükdə minumum əməkhaqqının artırılması dövlət büdcəsində 780 milyon manata başa gələcək.

 

Azərbaycanda minumum əməkhaqqı yaşayış minumumdan 40 faiz yuxarıdır. Bu da o deməkdir ki, minumum əməkhaqqı almaqla insan yoxsulluq həddindən uzaqlaşır. Bu əhali arasında bərabərsizliyin qarşısını alır və sosial ədaləti daha da gücləndirir. Minumum əməkhaqqı artanda azgəlirli insanların maaşları artır. Qeyd edim ki, sonuncu sosial paket 2 milyon insanı əhatə edir. Ümumilikdə isə, cənab prezidentin ilin əvvəlindən həyata keçirdiyi sosial paket 3 milyard manatdan artıqdır".

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur