Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Bu günə kimi Azərbaycanda nə qədər neft hasil olunub?

Bu günə kimi Azərbaycanda nə qədər neft hasil olunub?

yüklənir...

"Azərbaycanın orta gündəlik neft hasilatı 770 min barreldir”.

Bu sözləri Energetika naziri Pərviz Şahbazov sədrlik etdiyi Milli Neft Komitəsinin illik hesabat və gələcəyə baxış iclasında deyib. Nazir qeyd edib ki, Azərbaycan hər zaman neft sahəsində çox fəal bir dövlət olub:

""Şahdəniz” layihəsi Azərbaycanı neft ölkəsi olmaqla yanaşı, qaz ölkəsinə də çevirib. Bugünkü günə kimi ölkəmizdə 2 milyard 58 milyon ton neft hasil olunub ki, onun da 746 milyonu müstəqillik dövrünə aiddir. Hazırda isə orta gündəlik neft hasilatı təxminən 770 min bareldir”. 

Nazir çıxışında qeyd edib ki, "Dünya Neft Şurası”nın 2023-cü ildə keçiriləcək 24-cü Dünya Neft Konqresinə ev sahibliyi etməsi üçün Bakı namizədliyini irəli sürüb. 

Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev və digər komitə üzvlərinin iştirakı nəzərdə tutulub.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur