Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Vergi orqanlarına göndərilən bəyannamələrin 90 faizindən çoxu elektron formada təqdim olunur

Vergi orqanlarına göndərilən bəyannamələrin 90 faizindən çoxu elektron formada təqdim olunur

yüklənir...

Hazırda vergi orqanları tərəfindən vergiödəyicilərinə göstərilən elektron xidmətlərin sayı 63-ə çatdırılıb, vergi orqanlarına göndərilən bəyannamələrin 90 faizindən çoxu elektron formada təqdim olunur. Vergi bəyannamələrinin könüllü təqdim edilməsi göstəriciləri hər il daha da yaxşılaşır və vergi növlərindən asılı olaraq, 75-85 faiz arasında dəyişir.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, bu barədə Vergilər Nazirliyinin Vergiödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin Şəffaf vergi partnyorluğu şöbəsinin rəisi Hacı Qasımov deyib.

H.Qasımov vurğulayıb ki, Vergilər Nazirliyinin könüllü əməletmə səviyyəsinin artırılması yönündə həyata keçirdiyi mühüm tədbirlərdən biri də vergi orqanları ilə vergiödəyiciləri arasında münasibətlərin partnyorluq müstəvisinə keçirilməsidir: "Bu sahədə son illər əhəmiyyətli işlər görülüb. "Şəffaf vergi partnyorluğu” layihəsinə başlanılması tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılması istiqamətində yeni bir yanaşmadır. Bu, ilk növbədə, intizamlı vergiödəyiciləri ilə işin aparılmasını nəzərdə tutan bir sistemdir. Vergi öhdəliklərini vaxtında yerinə yetirən ödəyicilərə xüsusi münasibətin göstərilməsi beynəlxalq praktikada geniş yayılmış təcrübədir. İntizamlı vergiödəyicilərinə vergi öhdəliyini yerinə yetirməyən, problemli ödəyicidən daha fərqli xidmət göstərilir”.

Şöbə rəisi qeyd edib ki, cari ilin 9 ayı ərzində partnyor ödəyicilərə xidmət mərkəzlərində 320 xidmət göstərilib, onlar 3387 halda telefon vasitəsilə məlumatlandırılıb, 5840 bildiriş təqdim edilib, 286 ünvanlı xidmət göstərilib.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur