Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Azərbaycanda kredit faizləri artıb - Video

Azərbaycanda kredit faizləri artıb - Video

yüklənir...

Mərkəzi bank hesabat ayı üzrə depozit və kreditlər üzrə orta faız dərəcəsını açıqlayıb. Manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,10 %, xarici valyutada kreditlər üzrə faiz dərəcəsi 0,62% artıb. Azərbaycan Banklar Assosiasiyası bunun səbəblərini şərh edib.

 

İlin əvvəlindən manatda olan depozitlərin faizi qalxır, dollarda olanların isə azalır.

 

Nəticədə ölkədə kreditlər bahalaşır. Kredit faizinin artmasına səbəb risklər, bankların əməliyyat xərcləri və mənfəət marjalarıdır. Manat uzrə depozit faizləridə artım müsahidə olunur. Hazırda manatla sıgortalanan depozitlər 15 faiz, dollarla olanlar 3 faizdən təklif olunur. Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayevin sözlərinə görə, banklar əmanət və depozit cəlb etmək üçün faizi yüksəldi bilər. Bu isə öz növbəsində kerditlərin faizinin artmasına səbəb olub.

 

Ekspertlər hesab edirlər ki, əgər manatın məzənnəsi stabil olaraq qalarsa, kredit faizlərində artım dayanacaq.

 

Əsas artım isə istehlak kredirtlərində müşahidə olunur. Belə ki, istehlak kreditlərində artım fiziki şəxslər üçün xarici valyuta da 16,25 faiz, şirkətlərə isə 7, 5 faizdir. Bu isə ondan xəbər verir ki, istehlak kreditləri, yəni vətəndaşın mebel, telefon və digər avadanlıqlar üçün götürdüyü kreditlər baha olaraq qalır.

 

Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank sektorunun sağlamlaşdırılması istiqamətində ciddi addımlar atılır.

 

Sektora inamın artması əmanətlərin artmasına, bu isə öz növbəsində faiz dərəcələrinin, eləcə də kreditin faizinin aşağı düşməsinə səbəb olacaq.


 
VIDEO
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur