Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Xəbər Lenti
“Digər enerji bazarlarında da tariflər artırılacaq…” - Qubad İbadoğlu

“Digər enerji bazarlarında da tariflər artırılacaq…” - Qubad İbadoğlu

yüklənir...
Tarif Şurası qərarına dəyişiklik etdi

Yuxarı tariflə olan illik xərc qaza görə 20 manat, işığa görə isə 24 manat azaldıldı.

"Tarif Şurasının son iclasında təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Bu, o, deməkdir ki, normadan artıq qaz istehlak edənlərin illik xərci 20 manat, elektrik enerjisi istehlak edənlərin illik xərci isə 24 manat azalacaq. Xatırlayırsınızsa, Tarif Şurasının qərarını şərh edərkən, dərc etdiyim "Ədalətsizliyin differensiyası və ya bir daha Tarif Şurasının qərarının fəsadları haqqında” yazıda differensiallaşma normasın düşgün müəyyənləşdirilmədiyini qeyd etmişdim”.

Politika.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu öz "Facebook” statusunda yazıb.

"Hələ o zaman təklif etmişdim ki, elektrik enerjisi üçün diffensiallaşma norması ailə üzvlərinin sayı ilə əlaqələndirilməli və 2 nəfərlik ailə üçün bu norma 300 kilovat-saatdan başlamalıdır. Yeri gəlmişkən, müqayisə üçün onu da qeyd edim ki, Gürcüstanda da bahalı tarif 300 kilovat-saatdan səviyyəsindən başlayır, Qırğızıstanda aşağı tarifin maksimum norması 700 kilovat-saatdır.

Türkmənistanda isə hər ay adambaşına 35 kilovatt, 1 ailə üçün minimal olaraq isə 100 kilovatt elektrik enerjisi pulsuz verilir. Onu da əlavə edim ki, əhali qrupu üçün Qırğızıstanda 1 kilovat elektrik enerjisi 1,1 sent, Qazaxıstanda 4,7 sent, Azərbaycanda isə yuxarı tarif üzrə 6,3 sentdir. Tarif Şurasının qərarına korrektə edərək qaz və elektrik enerjisi üçün differensiallaşma normaları dəyişdiyi halda, qiymətlərin sabit saxlanılması onu göstərir ki, digər enerji bazarlarında da tarifləri artırılacaq”-deyə, o, daha sonra yazıb.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur