Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
Bakıda süni dollar böhranı yaşanır – Dollar işbazları hərəkətə keçib

Bakıda süni dollar böhranı yaşanır – Dollar işbazları hərəkətə keçib

Bakıda dollar böhranı yaşanır. Bizimxeber.az əməkdaşlarının paytaxta bir neçə valyutadəyişmə məntəqəsinin qarşısında yaranan sıxılığın səbəbini öyrənməyə çalışıb. Bəlli olub ki, valyutadəyişmə məntəqələrində dolların satışı qeyri-müəyyən vaxta kimi dayandırılıb. Məntəqələr açıq olsa da, dollar satışı aparılmır.
28 may metrosu yaxınlığında yerləşən valyutadəyişmə məntəqəsinin işçiləri Bizimxeber.az əməkdaşlarına bildirib ki, yaxın saatlarda dolların qiymətində ciddi dəyişiklik gözlənilir. Bu səbəbdən də dolların satışı dayandırılıb. 
Başqa bir mənbədən Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, valyutadəyişmə məntəqələrində yaranmış vəziyyət bilərəkdən edilir və heç bir ciddi dəyişiklikdən söhbət gedə bilməz. Məlumata görə, son günlər dolların qara bazarına qarşı aparılan haqlı mübarizə işbazları hərəkətə gətirib. Dollar qıtlığı yaratmaqla süni qiymət artımına çalışan işbazlar bu yolla istəklərini reallaşdırmağa çalışırlar. Məlumata görə, paytaxtdakı əksər valyutadəyişmə məntəqəsində süni dollar qıtlığı müşahidə olunur. скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur