Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Xəbər Lenti

"Qarabağ" sabah Kiprə yollanır

yüklənir...
Bildiyiniz kimi, "Qarabağ" klubu noyabrın 7-də Avropa Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Kiprin APOEL komandası ilə qarşılaşacaq. 
 
Ağdam təmsilçisinin Kiprə sabah 18:00-dan sonra yola düşəcəyi nəzərdə tutulub. Bu barədə klubun mətbuat katibi Nurlan İbrahimov məlumat verib.

İbrahimov heyətdə zədəli olan Mahir Emreli və Filip Ozobiçdən başqa bir itki olmadığını qeyd edib. 

Azarkeşlərdən isə səfərə yollanmaq üçün "Qarabağ" klubuna kimsə müraciət etməyib. 

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur