Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Bu, terror da ola bilərdi” - “Qarabağ”ın prezidenti

“Bu, terror da ola bilərdi” - “Qarabağ”ın prezidenti

yüklənir...

Avropa Liqasının qrup mərhələsində "Düdelanj"ın qonağı olan "Qarabağ" səfərdə 4:1 hesablı qələbə qazanıb.

Oyundan sonra açıqlama verən Ağdam klubunun prezidenti Tahir Gözəl əvvəlcə qarşılaşma barədə fikirlərini səsləndirib:

"Bu gün stadiondan sevincli çıxıram. Qürur hissi yaşayıram. Rəqib APEOL-ə 4 qol vurmuş komandadır. Bunların hamısı Avropa klublarıdır, yaddan çıxarmaq olmaz. 4:1 hesablı qələbə tarixi hadisədir. Ölkə rəhbərliyini, komandamızı, xalqımızı təbrik edirəm".

Klub rəhbəri oyunda baş verən erməni təxribatından da söz açıb:

"2002-ci ildən "Qarabağ"a sponsorluq edirdik. Burada 17 ilin zəhməti var. Minlərlə saat, milyonlarla manat, minlərlə azarkeş... Bunu bir dronla, bir oyunla pozmağa çalışmağın özü bir bədbəxtlikdir. Bu, qarşı tərəfin çarəsizliyidir. Biz təxribata uymadıq. Şəxsiyyətimiz, duruşumuz, oyunumuzla qalib gəldik. "Düdelanj"ın prezidentinə dedim ki, bu, qəbuledilməz bir haldır. Bu təşkilatçılıq cəhətdən böyük qüsurdur. O da bunu qəbul edib üzr istədi. O, bu təxribatın içində olmadıqlarını bildirdi. UEFA nümayəndəsi məsələni araşdıracaqlarını qeyd etdi. Bildirdim ki, UEFA bu məsələdə diqqətli olmalıdır. Bu, terror aktı da ola bilərdi. Bunun qarşısı alınmalıdır. Özü də bu durumun fərqində olduğunu bildirdi".


скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur