Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...

"Haqqımıza girən idmançılar var" - Azərbaycanlı kikboksçu

yüklənir...
Üçqat Azərbaycan çempionu, Dünya çempionatının mükafatçısı Altay Atakişiyevin Sport7.az saytına müsahibəsi

- İdmana gəlişin necə oldu?
- Hər oğlan uşağı kimi uşaq vaxtı mən də futbolla məşğul olurdum. Bir dəfə məktəbdə idmançı tərəfindən döyüldüm. Həmin ərəfələlərdə də döyüşlə bağlı "Pusat" adlı türk serialını izləyirdim. Filmdən ilhamlanıb həvəsə gəldim. Əvvəlcə özünümüdafiə üçün idmana başladım. Ancaq biraz keçdi məşqçim Ehram müəllimin nailiyyətlərini gördükcə, peşəkar idmançı kimi yetişmək qərarına gəldim. 
 


- Bəs futbolu atıb kikboksu seçdiyinə görə heyfislənmisən?
- Xeyr. Çünki kikboksda özümü tapdım. Mübarizə hərənin həyatında bir rol oynayır. Özüm də həyatda tək mübarizə apardığım üçün, təkmübarizəli idman növü mənə daha uyğundu. 

- 24 yaşın var. Çox gəncsən. Özünə kumir seçdiyin idmançı kimdir?
- Bizim kumirlərimiz öz müəllimlərimiz olur. Mən Azərbaycan idmanının "qaymaq"larının içində yetişmişəm. Həm idman tərbiyəsi, həm idman nailiyyətləri baxımından "qaymaq"lar... Mənim ilk müəllimim Ehran Məcidov olub. Özü 5 dəfə dünya çempionu olub, əməkdar idman ustası, əməkdar məşqçi və prezident mükafatçısıdır. Onunla yanaşı bizim klubun digər məşqçiləri Eduard Məmmədov, Çingiz Eyvazov kimi idmançıların arasında böyümüşük. Elə kumirimiz də onlar olub. 

Ancaq sırf özümə kumir gördüyüm, heyran olduğum idmançı türk döyüşçü Gökhan Sakidir. "Golden Glory"də çıxış edib. Onun döyüş stilini bəyənirəm. Ancaq bizim fəxrlərimiz Zabit Səmədov, Çingiz Əlləzovu da qeyd edərdim. 
 


- Hansı nailiyyətlər əldə etmisən və gələcək üçün hədəflərin nədir?
- 3 dəfə Azərbaycan çempionu olmuşam, dəfələrlə ölkə çempionatının finalçısı olmuşam, dünya mükafatçısıyam. Bu il Avropa çempionatının iştirakçısı oldum. Lakin qulağımda zədə vardı deyə məğlub oldum. Bir çox peşəkar və beynəlxalq yarışlarda iştirak edib qalib olmuşam. Hədəfimə gəlincə, bu il öz çəkimdə Azərbaycan çempionu oldum və 75 kiloda Azərbaycanı dünya çempionatında təmsil edəcəm. Artıq millinin tərkibində hazırlıq başlayıb. Eyni zamanda şəxsi məşqçim Çingiz Eyvazovun rəhbərliyi altında çempionata hazırlaşıram. Federasiyanın təşkil etdiyi dünya çempionatıdı. Bizdə son vaxtlar yalançı idmançılar artıb. Bizim idman nazirliyinin rəsmən tanıdığı kikboksinq federasiyası VAKO-dur. Orada nəticə qazanmaq çox çətindi. VAKO-da dünya çempionu olan idmançılarımız az saydadı. Ancaq kimi danışdırırsan, deyir kikboks üzrə dünya çempionuyam. 

- Ümumiyyətlə, hazırda kikboks Azərbaycanda hansı səviyyədə irəliləyib?
- Kikboks Azərbaycanda qeyri-olimpiya və olimpiya növləri arasında ən yüksək səviyyədə olan idman növüdür. Sadəcə burada döyüşdüyüm üçün demirəm. Bunun dəfərlərlə şahidi olmuşuq. Bizim yarışlarımız çox olur. Bu il "Bakı Open" beynəlxalq turniri keçirildi. Bu yarışlar heç də olimpiya oyunlarının yarışlarından geri qalmır. Daha yüksək səviyyədə keçirilir. İstər döyüşçülər, istər tamaşaçı sayı baxımından. 
 


- İdman karyeran ərzində yaşadığın ən maraqlı hadisə nə olub?
- 2014-ci ildə Türkiyədə keçirilən kikboks üzrə peşəkar yarışa hazırlaşırdım. Qubada Ehram Məcidovun rəhbərliyi altında millinin təlim məşq toplanışı keçirilirdi. Toplanışda burnum sınmışdı. Ancaq o yarışa getməmək kimi bir şansım yox idi. Çünki peşəkar döyüş idi və ad yazılıbsa, getməlisən. Son anda dəyişiklik etmək olmur. Getdim döyüşə. Muay tay növüdü, o kikboksdan daha sərtdi. Bu da mənim ilk peşəkar döyüşüm idi. Bilirdim ki, burnuma bir zərbə dəysə, görüşü davam elətdirə bilmiyəcəm. Ancaq şükürlər olsun ki, rəqibi elə birinci raundda nakaut etdim. İmkan vermədim burnuma zərbə dəysin. 

- Kiminləsə aranda qalmaqal olub?
- Biz idmançılar həqiqətən əziyyət çəkirik. Ancaq dırnaqarası idmançılar həddindən artıq çoxdu. Hansısa bir beynəlxalq yarışa gedirlər. Orda da 10 dənə döyüş növü olur. Və orada elə bir şərait olur ki, kikboksla əlaqəsi olmayan biri də çıxıb kikboksdan döyüşüb medal ala bilir. Amma kikboks, muay-tay və ya digər növlər hər biri o qədər ağır idman növüdür ki, mümkün deyil ki, bu rinqdən düşüb 2 saat sonra başqa rinqdə vuruşasan. Qoruyucular belə kömək etmir, istər-istəməz zədələnirsən. Bizim heç bir idmançı ilə qalmaqalımız yoxdu, sadəcə bizim xasiyyətimiz başqadı, biz başqa cür tərbiyə edilmişik deyə düzgünlüyün tərəfdarıyıq, haqqımıza kiminsə girməsini istəmirik. Baxırsa bizdən də məşhur idmançılar var, ama onu idmançı kimi tanımırıq. Çox adam məni təqdim edəndə dünya, Avropa çempionu deyir. Mən xoşlamıram elə şeyi. Çünki kiminsə haqqında girmək bizə yaraşmır. Biz nailiyyət əldə etmək üçün əziyyət çəkirik, onlar isə artıq onu ediblər.  Mən hələ o yerə, o səviyyəyə gəlib çatmamışam. Amma bizim haqqımıza girən idmançılar var. Gedib hansısa səviyyəsi aşağı olan yarışda çempion olub gəlirlər və cəmiyyəti aldadırlar. Mən, dostlarımız bilirik bu idmançı kimdi. Amma cəmiyyət bilmir axı. Onlar sadəcə gedib çempion olub gəldi bilirlər. Amma nə yarışıdı, səviyyəsi nədir digər insanlar bilmir. 

Hazırda idmana ölkə səviyyəsində diqqət böyükdü. Həqiqi idmançılara prezidentimiz özü də ilin sonunda mükafat verir. 

Elə insan var deyir ki, neçə qat dünya çempionuyam. Amma prezident onu qəbul etməyib. Əgər sən həqiqətən 6-qat dünya çempionu olsaydın, istər-istəməz adın idman nazirliyində olardı və səni tədbirə çağırardılar. Bir idmançı kimi bizim etirazlarımız sırf bunadı. 
 


- Bir müqayisə edəcəm. Ölkədə fərdi idman növləri üzrə bir çox adlı sanlı uğur qazamış idmançımız var. Lakin baxmayaraq ki, Azərbaycan futbolu, millimiz bərbad vəziyyətdə olsa da, daha çox tanınan bilinən elə futbolçularımızdı. Səncə, niyə cəmiyyət arasında heç bir nəticə verməyən futbolçular tanınır, bilinir, amma nəticə verən idmançıları xalq elə də yaxşı tanınmır. 
- Bəli, tamamı ilə razıyam. Piarımız yaxşı getmir. Biz daha çox gördüyümüz işlərlə göz önünə gəlməyə çalışırıq. Amma elələri var ki, qoşulublar "şou-biznes"ə, TV-yə. Əslində pis bir şey deyil. Biz də dəvət alırıq, gedirik. Sadəcə biri var işinlə göz önündə olmaq, biri də var sadəcə belə şeylə göz qabağında olmaq, kiminləsə şəkil çəkdirib paylaşaraq, filankəslə çay içdiyini nümayiş elətdirərək və s. gündəmə gəlmək. Bir idmançıda bu olmalı deyil. TV-də, media da əsl idmançılara yetəri qədər qiymət vermir. Düzdü, bəlkə də maddiyyətlə bağlı şeylərdir və ya başqa səbəb var, o qədər dərinliyini bilmirəm. Amma o qədər güclü, uğur qazanmış idmançılar var ki, onları tanımırlar. Ama hansısa "şou-biznes"ə qoşulmuş, idmandan xəbəri olmayan insanı 4-5 qat dünya çempionu kimi tanıdırlar. Reklamları güclüdür, ətrafı onu yalnış tanıdır. Mənə dünya çempionu deyəndə qəbul eləmirəm, dünya çempionatının mükafatçısı deməklərini rica edirəm. Çünki hələ ora gəlib çıxmamışam. Ancaq özünə elə deyənlər, öz-özünü aldadır. Eyni zamanda ətrafdakıları da aldadır. Halbuki o insanlar rinqdə 30 saniyə döyüşçü ilə qarşı-qarşıya dura bilmirlər. Hətta çəkisindən qat-qat aşağı olan idmançılarla üz-üzə gələndə belə... Amma reklamları yaxşı gedir. Hər halda piarlarını aparanlara pul verirlər. Ancaq əsl idmançıya belə saxta piarlara gərək yoxdu. Sağ olsun, federasiya prezidenti və vitse-prezidentləri həmişə bizə dəstək olurlar. Federasiya prezidentimiz Adil Əliyev millət vəkili olduğu üçün idmançıları Güloğlan Cabarrova tapşırıb. O da bizim hər bir problemimizlə maraqlanır, yanımızda olur.  Özü də idmançı olub, fəxrimizdi. Biz də onlardan götürmüşük deyə, kamera önünə qaçmırıq. Amma indiki zaman nə qədər reklamın var, o qədər tanınırsan. 

- İdmandankənar vaxtlarını necə deyərləndirirsən?
- Əslində bir idmançının idmandankənar vaxtı olmur. Çünki ən yaxın dostlarını idmanda tapırsan. Bizim köhnə idmançılardan biri deyirdi ki, "Bizim idman növü yeganədir ki, dostunu köməyə çağıranda deyir ki, gəl mənimlə rinqə çıx, məni döy". Bizdə başqa cürdü. İdmançılar bir-birinə xəyanət etməməlidir, bir-birini arxadan vurmamalıdır. O qədər mərd olurlar ki, rinqdə döyüşürsən, qan su yerinə axır, sonda qucaqlaşıb-öpüşüb ayrılırsan. Və gedib yenə onunla oturursan. O möhkəmliyi bayırda da buraxmırsan. 

Son vaxtlar görürsən ki, insanlarda müəyyən dəyişikliklər olub, insanların bir-birinə xəyanəti artıb. Adam ətrafından kənar insanlarla ünsiyyətə ehtiyat edir. O səmimiyyəti tapa bilməyəcəyinə qorxursan. Elə zalda da, zaldan çıxanda da idmançılarla oturub durursa. Məşqdən çıxırsan, kimə zəng edim?! İdmançı dostuma yığım, gedib oturub bir çay içək. 
 


Bir də zamanımı heyvanlara ayırıram. Çox sevirəm onları. Bütün heyvanları sevirəm, ama it saxlamağa böyük həvəsim var. Ən stresli olduğum vaxtlarda, ya zala gedirəm, ya da heyvanlarla zamanımı keçirirəm. Onlar sanki insanı anlayır, baxışları ilə insanla sanki söhbət edir. Başqa bir aləmdilər. 

- Mən də heyvansevərəm. Özüm də həm evdə, həm həyətdə pişiklər saxlayıram. Və insanlar tərəfindən müsbətdən çox, mənfi təpkilər görürəm. Bilmirəm nədən qaynaqlanır, mental düşüncədənmi, ya nədən, amma bizim cəmiyyətin çox faizində heyvanlara qarşı mərhəmət, sevgi yoxdu. 
- Bəli, həddindən artıq dərəcədə heyvanlara qarşı aqressiv yanaşırlar. Bizdə heyvansevərlik elə də tam formalaşmayıb. Son vaxtlar bəzi insanlar var ki, heyvanlar üçün sığınacaqlar yaradırlar. Amma sosial şəbəkələrdə paylaşımlar çıxır önümə, heyvanlara zülm edirlər, bunları götürə bilmirəm. Dinimizdə də belə bir şey var ki, "Heyvanlar mənim dilsiz qullarımdı. Onlar vaxt gələcək, dil açıb danışacaqlar". O da bir canlıdı. Və mən son zamanlar insanlardan daha çox heyvanlara yaxınam.  Nəyə görə? Əslində əvvəldən yaxın olmuşam, amma son vaxtlar elə şeylər görürsən, elə xəyanətlər  qarşıma çıxır ki, istər-istəməz insan insanlardan soyuyur. Heyvana baxırsan ki, o səni təmənnasız sevir. Bir məsələ var ki, bir itə bir dəfə yemək verərsən, bir ömür səndən ayrılmaz. Amma bir insana kömək edərsən, qarşılığını almazsan. 

Elə burdan da insanlara səslənirəm ki, havalar isti keçir, çalışıb qapınızın yanına və ya yaxınlığına bir qab su, bir qab yemək qoymaq lazımdı. Elə şeylər var ki, insana pis təsir edir. Harasa su qabı qoyursan, gedib baxırsan ki, yerində yoxdu. 
 


- Bu yaxınlar da başıma gəlmişdi. Ertəsi gün vedrəyə su tökmək üçün getdim, qabı yerində tapmadım. 
- Bu çox böyük narahatçılıqdı. İnsanın içindəki mərhəmət hissinin fərqi olmamalıdır. Əgər içində mərhəmət hiss varsa, insana heyvana baxmır. Çünki o mərhəmət hər bir canlıya qarşı duyulmalıdır. İllər öncə bir şey oxumuşdum.

- Harada yaşayacağıma necə qərar verim? 
- Harada küçə heyvanları səndən qaçmırsa, orada yaşa... Çünki ordakı insanlarda mərhəmət duyğusu var deməkdir. 

Mənim həmişə arzum olub, ama imkanım olmayıb, bir yer açım və heyvanları toplayım. 

- Heç itlərindən bəhs etmədin...
- İki itim var. Biri alabay cinsindəndi,  biri də yerli qurdbasar. Mən özüm milliyətçiyəm, türkçülük tərəfdarıyam. Nə olur olsun, yerli olsun. Alabay türkmən cinsidi. Dünyaca məşhur cinsdi. Alabay itim də sərgidə çempion olub. Qurdbasar isə Azərbaycanın it cinsidi. Bizdə belə şeyə baxmırlar, qurumlar yanaşmır. Amma fikir verin, Türkiyənin kanqal cinsi dünyada tanınmış it cinsidi. Çünki onlar tanıdırlar. Halbuki, kanqal, alabay, qurdbasar eyni cinsdən gəlir. Bizimkini də digərləri kimi dünyada tanıtmaq olar. Çünki eyni cinsdə, eyni qüvvədə olan itlərdi. Sadəcə bu işlərlər məşğul olmurlar. 

- Türk yazar Əziz Nesin deyib ki, "İnsanın insanlardan qaçışıdır heyvan sevgisi"...
- Elədir, tamamılə razıyam. 
 


- Demək ki, hardasa ürəyin sınıb ki, insanlardan qaçırsam...
- Hər kəs bir filmi baxanda, bir kitabı oxuyanda fərqli duyğular hiss edir. Balaca bir uşaq hansısa döyüş filminə baxanda sadəcə döyüşü görər. Amma mən baxanda əxlaqi dəyərləri görməyə çalışırdım. Mən uşaqlıqdan mübarizə ilə böyümüşəm. Şəxsi həyatda problemlərim həmişə olub. Anamın dəstəyi ilə böyümüşəm. Çəkə-çəkə gəlmişəm. Belə bir psixoloji vəziyyət yaranıb ki, heçnəyə asanlıqla nail olmamalıyam. Əziyyət çəkib əldə etməliyəm. 

- Bəs özündə sevmədiyin xüsusiyyət hansıdır?
- Çox bağışlayan biriyəm. Əslində isə heç də yaxşı bir şey deyil. Olub ki, sonradan onun əziyyətini çəkmişəm. Bağışlayırsan, ama yenə həmin səhvi görürsən. Mayk Yaysonun bir sözü var -"Sənə xəyanət edən insanı bir dəfə bağışlasan, o sənə ömürboyu xəyanət edəcək"...  Amma təbii ki, böyük xəyanətləri bağışlamıram. Bəlkə də ürək bağışlayır, ama xarakterim imkan vermir. 

- Bəs özün kimisə incitmisən?
- Çalışmışam incitməyim. Ancaq səhvsiz insan yoxdu. Olub. Ancaq bilərəkdən yox. Çalışmışam hər kəsə qarşı ədalətli olum. Amma insanıq. Hardasa hisslərə  qapılıb səhv etmək olur. 
 


- İdmandan başqa hansısa başqa bir bacarığın varmı? 
- Çox yaxşı yemək bişirirəm.

- Hər halda bu "çox yaxşı" yumurta qayğanağı etmək ya da kartof soyutması bişirmək deyil? (gülür)...
- Ən sevdiyim sözsüz ki, pomidor yumurtadı. Ama başqa bişirdiyim yeməklər var. Ancaq öz yeməklərimi özüm hazırlayıram. Evdəkilər deyirlər, ay bala düz əməlli yemək ye. Bəzən olur ki, pozursan. Ancaq çalışıram ki, daha çox öz yeməklərimi yeyim. 

- Bir idmançının yemək rejimi necə olur?
- Səhər yeməyi həmişə güclü olmalıdır. İnsanı gün ərzində enerjidə saxlayan səhər yeməyidi. Bal, pendir, şor yeyilməlidir. Amma çörək maksimum az yeyilməlidir. Günortalar əvvəlcə sup içirəm, düyü toyuğun filesi ilə, ya da qırmızı ət yeyirəm. Limon və zeytun qatılmış salat da meyumda olur. Axşamlar isə məşqdən çıxandan sonra idman qidalarından istifadə olunur. Çünki itiriləni orqanizmdə bərpa etmək lazımdı. Qaynadılmış qidalar ola bilər, yağsız qızarmış balıq, toyuq, qırmızı ət ola bilər. 
 


- Bəs hansısa yemək var ki, onu görəndə deyirsən ki, pəhriz bir kənara, bunu yeməliyəm?
- Olur, yeyirəm. Amma müəyyən vaxtlar var ki, çəkini salmalısan, onda önündə kabab da olsa yemirsən. Bir dəfə belə hal oldu. Hamı məəttəl qalıb. Ertəsi gün tərəziyə çıxmalıyam. Bir tikə ilə də nəsə olmaz əslində, amma mən o tikəni də ağzıma vurmamışam. 

- Az əvvəl elə film izləmək, kitab oxumaqdan misal çəkdin, ağlıma gəldi. Mütailə edirsən? Hansı filmlərə baxırsan?
- Dedektiv romanları çox xoşlayıram. Son vaxtlarda Elxan Elatlının demək olar ki, bütün kitablarını oxumuşam. O yazıçı mənim üçün idealdı. 

Açığı, son vaxtlar məşqlərdən imkan edib filmləri izləyə bilmirəm. Ancaq izlədiyim vətənpərvərliklə bağlı seriallar var. Son vaxtlar "Eşkiya dünyaya hükümdür olmaz" serialının aludəçisi olmuşam. Düzdü, insanlar orada fərqli bir şey görə bilərlər ki, mafiya kinosudur. Ancaq yenə də orda əsas məsələ vətənpərvərliklə bağlıdı. İnsanların istər dövlət işçisi, istər adi vətəndaşın vətənini xarici düşmənlərdən qorumağa çalışmasından söhbət gedir. 

Uşaqlıda favoritim "Arka sokaklar" idi. Çünki polis olmaq istəyirdim. Sadəcə həyat başqa cür gətirdi. 
 


- Həyatdı da heç kim heç nədən sığortalanmayıb. Zədə oldu və idmanı buraxmalı olsan, nə işlə məşğul olasan?
- Bax orası çox maraqlı məsələdi. (gülür)...  Onsuz da hazırda mühafizə xidmətində işləyirəm. 

Əslində bu baxımdan idman vəfasızdı. İndi idmançıların çoxunu qınayırlar ki, kimsə pulu görüb dəyişdi. Bayaq ki, mövzuya qayıtmaq istəyirəm ki, biz də insanıq, heç nəyi mahiyyətini bilmədən danışırlar.  Bir insan 15-20 il özünə ev almaq, ailə qurmaq, şərait yaratmaq üçün işləyir. İdmançı 15-20 il məşq edir və bilmir ki, sonra nəyəsə nail olacaq, yoxsa yox. Yəni, bu sual altında olan bir şeydi. Əsas da döyüş növlərində. Özümüz bunun dскачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur