Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Zirə” və “Keşlə”nin futbolçuları tarixə düşdülər

“Zirə” və “Keşlə”nin futbolçuları tarixə düşdülər

yüklənir...

Topaz Premyer Liqasının XV turu iki ölkədən olan futbolçuların Azərbaycanda debütü ilə əlamətdar olub.

Ölkə çempionatları tarixində ilk dəfə Trinidad və Tobaqo ilə Qambiyadan olan oyunçular meydana çıxıblar.
 
"Zirə”nin futbolçusu Uilyams Evans "Sumqayıt”la ev oyununda debüt edib. 24 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarının 26 illik tarixinə Trinidad və Tobaqonu təmsil edən ilk futbolçu kimi düşüb. Onadək bu ölkədən heç bir oyunçu Premyer Liqada çıxış etməmişdi. Trinidad və Tobaqo Azərbaycan çempionatlarında futbolçu ilə təmsil olunan 80-ci ölkədir. Bir gün sonra Uilyamsın həmyerlisi Şadon Vinçester "Kəpəz”də debüt etsə də, ilk ünvanına "Zirə”nin oyunçusu yiyələnib.
 
"Keşlə”nin üzvü Ebrima Sohna isə ilk qambiyalı olub. 30 yaşlı yarımmüdafiəçi "Səbail”lə ev oyununda debüt edib. Bununla da Qambiya Premyer Liqada 81-ci ölkə olub.
Bu rəqəm XV turadək sonradan bir neçə yerə bölünən ölkələri də (yəni 2006-cı ilədək mövcud olan Serbiya və Monteneqro, bölündükdən sonrakı Serbiya, Monteneqro ayrı ölkələr kimi qəbul olunur) nəzərə almaqla 79-a bərabər idi.


 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur