Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Rəqib layiqli qələbə qazandı” - Qurban Qurbanov

“Rəqib layiqli qələbə qazandı” - Qurban Qurbanov

yüklənir...

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda evdə "Roma”ya uduzan (1:2) "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib.

Baş məşqçi oyunla bağlı bunları söyləyib.

"Ağır oyun oldu. Xüsusilə, oyunun əvvəli. Rəqibin ustalıq səviyyəsi özünü göstərdi. Lakin 0:2-dən sonra futbolçularım daha diqqətli oynamağa başladılar. Vaxt irəlilədikcə rəqibi daha yaxşı tanımağa başladıq. Evdə ilk oyunumuz idi. Məğlub olsaq belə, azarkeşlərə gözəl futbol yaşatmaq istədik. Rəqib layiqli qələbə qazandı. Futbolçularımın da çıxışından razı qaldım. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm”.

Qeyd edək ki, qrupda keçirilən digər oyunda "Atletiko Madrid” öz meydanında "Çelsi”ni qəbul edib. Qarşılaşma qonaqların mininal hesablı qələbəsi ilə yekunlaşıb.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur