Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Qurban Qurbanov stadion dəyişikliyindən danışdı

Qurban Qurbanov stadion dəyişikliyindən danışdı

yüklənir...

"Qalib gəlmək istəyirdik. "Kəpəz”in yaxşı mübarizə aparacağını bilirdik”."Qafqazinfo” xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan Premyer Liqasının V turunda "Kəpəz”i qəbul edən Ağdam təmsilçisi meydanı 2:0 hesablı qələbə ilə tərk edib.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: 

"Çətin də olsa, qələbə qazana bildik. İlk hissədə qol vəziyyətlərimiz daha çox oldu. Futbolçularım üçün ağır idi. Bir az ruh düşkünlüyü, bir az yorğunluq var idi Gələn azarkeşlərimizə də təşəkkür edirəm”.

- İbrahim Şehiçin əvəzedici heyətə göndərildiyi bildirilirdi. Ancaq bu gün ehtiyatda oturmuşdu...

- Xeyr, belə bir şey yox idi.

- Üç yeni oyunçuya şans verdiniz. Onların oyunundan razı qaldınız?

- Onlardan razı qala bilmərəm. Bu futbolçular öz formalarından uzaqdılar. Bir neçə oyun oynamalıdılar ki, daha yaxşı oyun göstərsinlər. Şadam ki, Dani qol vurdu. Bu ona inam verəcək. Formaya qayıtmaq üçün böyük təkan oldu. Ancaq hələ çox işləməlidi, uzunmüddətdi futboldan uzaqdı. Daninin keçmiş formasına qayıtmaq üçün 4-5 oyun 90 dəqiqə meydanda oynamalıdı. Ümumi duruma baxanda razıyam, ancaq tam razı olduğumu deyə bilmərəm.

- Çempionlar Liqasında "Çelsi"yə məğlubiyyətdən sonra "Kəpəz", "Sumqayıt" və "Roma" ilə matçlar... Premyer Liqa matçlarından sonra Çempionlar Liqasındakı oyuna hazırlaşmaq çətin olmayacaq? 

- Əlbəttə, çətindi. Ancaq başqa çarəmiz yoxdu. "Roma"ya qarşı oynamaq çətindi. Biz istəyərdik ki, Premyer Liqada Çempionlar Liqası oyunlarına hazırlaşaq. Ancaq bunu bacara bilmirik. Çünki Premyer Liqada rəqiblərmiz daha çox müdafiəyə otururlar. Çətindi, ancaq çıxış yolumuz yoxdu

- Dani Kintana 37 gündən sonra meydana qayıtdı və qol vurdu. Onun oyunundan razı qaldınız?

- Xeyr. Onun qol vurmasına sevindim. Ümumi duruma baxanda razıyam. Çünki çox çalışır. Bu gün bir daha göstərdi ki, komandaya tam uyğunlaşmış oyunçudu.

- "Azərsun Arena”nı U-19-un oyununa görə seçmədiniz?

- Bəli, onların Çempionlar Liqasında matçları var. Digər tərəfdən Respublika stadionunun qazonu daha yaxşı vəziyyətdədi. Ola bilər ki, bir həftədən sonra orda oynadıq.

- Olimpiya stadionuna uyğunlaşmaq problem yaratmayacaq?

- İndidən bir şey deyə bilmərəm. Orda azarkeş dəstəyi daha çox olacaq. Amma futbolçunun meydançaya uyğunlaşma problemi ola bilər. Oyundan sonra daha dəqiq bir söz demək olar.

- Ansi Aqollinin durumu nə yerdədi?

- "Roma” ilə matça bəlkə hazır oldu. Hətta hazır olsa belə, öz performansından uzaq olacaq.

- Ağabala Ramazanovu "23-lük”də niyə görə bilmədik?

- Bir az zədəsi var. Əvvəl zədəsi var idi, dünən yenidən ağrı hiss elədi.

- Jezniçakın yeni mövqedəki çıxışından razı qaldınız?

- Yeni mövqe deməzdim. Oyunun gedişində fikir verdinizsə, arxada daha çox 3 müdafiəçi qalırdı. Jezniçak verilən tapşırığı təcrübəsi hesabına layiqincə yerinə yetirdi.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur