Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Oğluma dedim ki, burnundan gəlsin” - Şahin Diniyev

“Oğluma dedim ki, burnundan gəlsin” - Şahin Diniyev

yüklənir...

Topaz Premyer Liqasının V turu çərçivəsində "Qarabağ”a 0:2 hesabı ilə məğlub olan "Kəpəz”in baş məşqçisi Şahin Diniyev matçsonrası mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis ənənəvi olaraq, qələbə münasibəti ilə növbəti rəqibini təbrik edib.

-    "Qarabağ”a qarşı açıq futbol oynamaq mümkünsüzdü. Əsas heyətlə çıxmışdılar. Elitar rəqiblərlə kiçik komandalar arsında əsas fərq səhvlərdən istifadə etmək bacarığındadı. Öz səhvlərimizdən qollar buraxdıq. İkinci hissədə rəqibi əks-hücumlarda yaxalaya bilərdik. Futbolçularımdan razıyam, bacardıqlarını ortaya qoydular. "Qarabağ”ı təbrik edirəm.

-    Tural Rzayevin mövqeyindəki dəyişiklik nə ilə bağlı idi?

-    Standart vəziyyətlərdə bu cür rotasiyalar olur. 

-    "Kəpəz” hücum etsə də, bütün hallarda oyunçularınız ofsaydda qalırdılar. Bu problem nədən qaynaqlanırdı?

-    16 futbolçunun dəyişməsi xətlərarası anlaşılmazlığı şərtləndirir. Qeyd etdiyiniz məqam da bundan qaynaqlanır. Yavaş-yavaş komanda formalaşır. Cəmi 1 xalımız var. Buna görə utanıram. "Kəpəz” azarkeşi buna layiq deyil. 

-    Belə çıxır ki, komandanız potensialına uyğun yerdədi?

-    Xeyr, razılaşmıram. Müəyyən matçlarda daha yaxşı nəticəyə layiq idik. Sadəcə, komanda formalaşmayıb hələ ki.

-    Komandanı mövsümün gedişatında formalaşdıranda 5 turdan sonra 1 xalı olar, xətlərarası əlaqəni də çempionatın gedişatında bərpa olar. Rəhbərliyə izah etmək olmur ki, heyəti yayda yığarlar?

-    Heç kiin üstünə günah atmaq istəmirəm. Komandanın uğursuz çıxışında əsas günahkar mənəm.

- Kərimi çox istəyirsiz, yoxsa Coşqunu?

- Heç birini. Ötən dəfə Coşquna demişdim ki, evə gəlmə, bu dəfə dedim ki, burnundan gəlsin. Elə bil ona yemək verməmişəm. Topa elə zərbə vurdu ki, sanki 20 il dustaqxanada saxlamışam (gülür).

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur