Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Özünü yandırmaq istəyən idmançı - “Büdcədəki pulları nə edirlər?”

Özünü yandırmaq istəyən idmançı - “Büdcədəki pulları nə edirlər?”

yüklənir...

Azərbaycanlı uşu sanda idmançısı Emin İsmayılovun özünü Gənclər və İdman Nazirliyinin qarşısında yandırmaq istədiyini xəbər vermişdik. Bir neçə müddətdir ki, zədəli olan idmançı bu addımı nazirliyin onun müalicəsi üçün pul ayırmamasına görə atmışdı. 

İsmayılov bununla bağlı  açıqlama verib. O bildirib ki, dəfələrlə üzündə olan zədəyə görə GİN-ə müraciət etsə də, ona büdcədə pul yoxdur deyirlər: "Üzümdə zədə var. Neçə müddətdir ki, bu vəziyyətdəyəm. Təsəvvür edin ki, 3 ildir nazirlik müxtəlif bəhanələrlə məni aldadır. Əməliyyat bir yana heç müayinənin sənədini təsdiqləmirlər ki, gedib idman reabilitasiya mərkəzində özümü müalicə edim. Nə deyirsən "yox” cavabı verirlər. Ona görə məcbur qalıb bu addımı atdım. Deyirlər ki, büdcədə pul yoxdur. Dövlət hər il bizim müalicəmiz üçün nazirliyin balansına pul köçürür. Hanı bəs, o pullar? Kimə veriblər?”.

İsmayılov Gənclər və İdman Nazirliyinin əksər idmançılara belə etinasız yanaşdığını bildirib: "Bunlar bahalı maşınlar sürür, bahalı restoranlarda gəzirlər. Hansı pulla edirlər bunu? İdmançıların hesabına yatırılan pulları yeməklə. Üç ildir ki, mən kimi idmançını süründürürlər. Bu qədər səbr elədim. Amma artıq dözə bilmirəm. Bircə üzümdə zədə var idi, indi burnum da gedib. Belə olmaz. Ölkə başçımız idmana bu qədər qayğı göstərsə də, bu məmurlar imkan vermirlər”.  

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur