Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Bu dəfə Samuxda elektrik stansiyasında yanğın baş verdi - 1 nəfər yaralandı

Bu dəfə Samuxda elektrik stansiyasında yanğın baş verdi - 1 nəfər yaralandı

yüklənir...

Samux rayonunda elektrik stansiyasında yanğınla nəticələnən partlayış olub.

Hadisə bu gün səhər saatlarında baş verib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

***

Səhiyyə Nazirliyindən  bildirilib ki, ilkin məlumata görə, bir nəfər 4-cü dərəcəli yanıq xəsarəti ilə Gəncə Şəhər Xəstəxanasına yerləşdirilib, həmin şəxsin vəziyyəti ağırdır.

***

Xəsarət alan şəxs 1978-ci il təvəllüdlü Həsənov Elmir Natiq oğludur. O, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Ona elektrotravma diaqnozu qoyulub, bədənin müxtəlif nahiyələrində 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri qeydə alınıb.

***

"Azərenerji”nin mətbuat katibi Yəhya Babanlı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Samuxda baş verən yanğın nəticəsində elektrik enerjisinin verilməsinə hər hansı fasilə yaranmayıb: "Partlayış olmayıb, sistem əhəmiyyətli bir hadisə deyil. Yanğının necə, harda baş verməsi isə dəqiqləşdirilir”.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur