Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Sürücünü döyən hələ də tapılmayıb

Sürücünü döyən hələ də tapılmayıb

yüklənir...

Dünən paytaxtda 135 saylı marşrut avtobusunun sürücüsü Qüdrət Kərimovu döyən şəxs hələ də axtarılır.

Hadisənin baş verdiyi yer 19-cu Polis Bölməsinin ərazisi olsa da, məsələnin ictimai tərəfini nəzərə alaraq işin araşdırılması Nəsimi Rayon Polis İdarəsinə tapşırılıb.

Hələ ki, həmin şəxsin kimliyi müəyyən edilməyib, ilkin olaraq bu istiqamətdə əməliyyat aparılır. Bundan sonra isə onun saxlanılması üçün tədbir görüləcək.

Qeyd edək ki, sentyabrın 18-də saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, "10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu naməlum sərnişin tərəfindən döyülüb.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur