Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Xəbər Lenti
Salyanda çay evindən oğurluq edənlər tutulub

Salyanda çay evindən oğurluq edənlər tutulub

yüklənir...
Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 15-də rayon sakini Tərlan Ağayevə məxsus çayxanadan 3 ədəd televizor və 3 ədəd oyun aparatı oğurlamaqda şübhəli bilinən Salyan şəhər sakinləri Asif Cavadov və Samir Quliyev tutulublar.

Xatırladaq ki, ötən ilin dekabr ayının 15-də Salyan şəhəri, A.Hüseynov küçəsində yerləşən çay evi qarət olunmuşdu.

Həmin vaxt iaşə obyektinin icarədarı Tərlan Ağayev virtualaz.org saytının Şirvan bürosuna bildirmişdi ki, oğrular qapının kilidlərini qırmaqla çay evinə daxil olublar. Bu zaman qapını işıqlandıran küçə işıqları elektrik xəttində qısaqapanma yaratmaqla söndürülmüdü ki, hadisənin təsadüfi olsa belə, şahidi olmasın. Tərlan Ağayevin bildirdiyinə görə, obyektdən ona məxsus olan 3 ədəd televizor və 3 ədəd oyun kompüteri və oğurlanmışdı.
Salyanda çay evindən oğurluq edənlər tutulub
Salyanda çay evindən oğurluq edənlər tutulubскачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur