Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Xəbər Lenti
Kişini döyüb, qadını zorladılar - Gəncədə

Kişini döyüb, qadını zorladılar - Gəncədə

yüklənir...
Gəncə şəhərində silsilə cinayətlər törədən cinayətkar dəstə ələ keçirilib.

Daxili İşlər Nazirliyindən "Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 28-nə keçən gecə Gəncə şəhəri ərazisində 3 naməlum şəxs Şəmkir rayon sakini Çoban Bəhrəmzadəni döyərək ondan 550 manat pul və mobil telefonunu alıb.

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Rövşən Məmmədtağıyev, əvvəllər məhkum olan Ramin Nəbiyev və Ərəstun İmamverdiyev tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün saat 01 radələrində şəhər ərazisində şəhər sakini K.Ə-ni (qadın) Rövşən Məmmədtağıyevə məxsus "VAZ-2107" markalı avtomobilə zorla oturdaraq Sevinc qəsəbəsinə aparmaları, amburla (vintaçan) hədələyərək 60 manat pulunu və qızıl üzüyünü almaları, habelə zorlamaları da müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur