Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...

"Açın-tökün hər yeri, ölümqabağı bir az şellənək" - Azər Qərib TƏBİB-ə od püskürdü

yüklənir...
"Nə olardı, bircə dəfə də TƏBİB çıxıb deyəydi ki, bəli, bizim də səhfimiz olub, filan işi düz etməmişik, bizim günahımızdır".

"Bu sözləri Azərbaycanın məşhur səyahətçisi Azər Qəribov
özünün "Facebook" səhifəsində yazıb. Səyyah statusunda TƏBİB-i sərt şəkildə tənqid edib.
Onunstatusunu olduğu kimi təqdim edirik:

Ha özümə söz verirəm ki, susacam, alınmır.
Fikriləşirəm ki, yeməyə bir loxma çörəyin var, kondisionerin işləyir, evdən çıxmağa icazən də var, mumla otur yerində, amma nəticədə yenə də dözə bilmirəm, hər birimizin borcudur ölkəsi üçün ürək yandırmaq.
 

Odur ki, deyəcəm.

Karantin elan ediləndən 2 ay bütün qərarları dəstəklədim, nəvələrimi görmədim, anama dəyə bilmədim, evdəqal təbliğatına qoşuldum, 50 yerdən zəng etdilər ki, BMT-dan tutmuş digərlərinə kimi ki, tanınmış simasınız, bizə dəstək verin, verdim, vətəndaş borcu kimi buna yanaşdım.

Amma artıq dörd ay keçib və nə görürəm? Siz gördüyünüzü.

Nə olardı, bircə dəfə də TƏBİB çıxıb deyəydi ki, bəli, bizim də səhfimiz olub, filan işi düz etməmişik, bizim günahımızdır filan fəsadlar, niyə etmirlər bunu?

Deyim, niyə. Hamısı natamamlıq kompleksindən irəli qəlir. Səhfini etiraf etmək böyüklükdür, bu, bir tərəfə.

Amma eyni zamanda, indiki gərgin dövrdə bu, həm də azacıq da olsa, təsəlli verərdi insanlara, görərdik ki, məsuliyəti bölürlər aramızda, yalnız bizim boynumuza atmırlar.

Əvəzində isə TƏBİB bizi yenə də sevindirir, "payızda vəziyət daha da pis olacaq" deyir.

Sənk yu veri maç, darlinq, budurmı TƏBİB-in pandemiya ilə mübarizədə informasiya strategiyası? Varmı bunun dediklərini bir senzura edən?

Necə yəni daha da pis olacaq?

Əgər daha da pis olacağsa və hamımız payızda qırılacayığsa, onda nə mənası var bu karantinin, açın-tökün hər yeri, ölümqabağı bir az şellənək, ürəklərdə o qədər son arzular var ki.

Ümumiyətlə, hal hazırda TƏBİB-in rəhbəri əhali tərəfindən ən qəbul edilməyən simalardan biri olub, nə ehtiyac var onu kamera qarşısına çıxarmağın?

Hamının stress olduğu halda varmı əlavə qıcığa ehtiyac? Bu fiqurun nə ictimai və yaxud nə siyasi çəkisi var ki, OQ ona görə öz nüfuzunu ortaya qoymağa hazırdır?

Dəyərmi ona görə əhali ilə prinsipə getmək?

Məni valideyinlərim o qədər danlamamışdı, nə qədər bu uşaq-muşaq danlayır.

Necə olur ki, uğur olanda mikrofon üstündə dava edirdi ki, bizim uğurumuzdu, amma problem çıxan kimi günahkar yalnız biz olduq?

Söz deyən kimi də "bütün dünya bu vəziyətdədir" tezisini soxur gözümüzə. Qardaş, sən dünyada olan mənfi misalları gətirəndə, bir müsbət tərəfə də bax da.

Niyə bu camaata Gürcüstan haqda demirsən? Niyə demirsən ki, karantinə hamıdan gec gedən Britaniya artıq karantindən çıxır?
Nəyə görə bir şərh etmirsən Belorusiya misalını, elə bil belə bir ölkə yoxdur kimi aparırsan özünü? Mən lağ etmirəm, tərfiləmirəm də Belorusiyanın təcrübəsini, amma bu sual var axı, necə onu görməməzliyə vurmaq olar?

Mütəxəssis rəyi istəyir camaat bu haqda, professional yanaşma, arqumentli və tutarlı izahat, niyə susursan bu haqda? Ay əziz həmkarlarım, niyə vermirsiniz bu sualları brifinqlərdə?

"Siz virusa inanmırsınız" şüarını özünə bayraq edib düşüb camaatın üstünə TƏBİB.

İnsanlar virusa deyil, onlar sizə inanmırlar, məntiqsiz təkliflər verənlərə, bizim üzərimizdə eksperimentlər aparanlara.

Dörd aydır biz ruletka oyunu görürük, tutdu qatıq, tutmadı ayran.

Metronu acaq, yox, gəlin bağlayaq, postları götürək, yox gəlin qaytaraq, lokdaun edək, yox etməyək, bu belə deyir, digərisi başqa cür, məgər dörd ay azmı müddətdir qurumlar arasında mükəmməl koordinasiya qurmaq üçün, vahid informasiya siyasətinin formalaşdırmaq üçün?

Nəyə görə də insanlar inanmalıdırlar?

Rayonları bağlatdıran gedib şəlalənin altında fotosessiya çəkir, hələ sonra utanmaz-utanmaz brifinqə də qatılır, çimərliklərin baqlanmasını təklif edənlər öz çimərliklərində günəş vannası alırlar,

Dörd divar arasında evdə qapananları məsuliyətə çağıran sözçü Zuğulbada dəniz havasından feyziyab olur, 5 ulduzlu otellər hovuzlarını açıq elan edirlər, kimə inanasan?

Necə inanasan ki, əgər test keçirən klinikalardan biri TƏBİB rəhbərliyinə aiddir, od qiymətinə edirlər bunu, həkimlər qileylənirlər ki, Prezidentin qərarı ilə artırılan maaşlarımızı TƏBİB vermir, hətta əlcək filanı da öz pulumuza almalı oluruq, hansı birini sadalayım?

Bakı balaca şəhərdir, hamı hər şeyi bilir, kimin bu vurhavurda bahalı bağ aldığına qədər, hər şeyi görür, danışır, yayır və belə xəbərlər inamsızlığı daha da artırır.

Çox əsəbləşdim o gün brifinqə baxıb. Sanki təhqir olunmuş kimi hiss etdim şəxsiyətimi.

Üç sözün ikisində özünü təriflədi TƏBİB rəhbəri, biz belə ağıllıyıq, biz belə düzgün edirik hər şeyi, i vapşe biz olmasaydıq, ölkə batıb getmişdi.

Ələ salır bizi?

"Bizi bütün mütəxəssiləri cəlb etmişik". Axı siz necə cəlb etmisiniz ki, ölkənin baş infeksionistini heç yaxın buraxmırsınız, epidemiya üzrə baş mütəxəssis isə rayonda özünü samoizolsiyaya təcrid edib?

Hamıda düşüb üstünə.

Nə günahı var onun ki, TƏBİB və ÜST-ün yerli nümayəndəliyi belə bir mütəxəssizdə ehtiyac duymayıblar?

"Biz hər şeyi hamıdan yaxşı bilirik, sizin məsləhətlərinizə lüzum yoxdur" yanaşmasıdır ki, biz bu gün mövcud fəsadlara gəlib çıxdıq.

Yoxsa siz necə təsəvvür edirsiniz, aləm dəyib biri birinə və məmləkətin baş epidemioloqu könüllü olaraq cəbhəni tərk edib? İnanmıram mən buna.

Mən bir vətəndaş kimi bütün qəbul edilən qərarlara tabe oluram, digərlərini də buna çağırıram, hamınız şahidisiniz.

Bundan sonra da belə olacaq, başqa cür mümkün deyil, çünki mənə inanan, mənə etibar edən insanlar az deyil, təvəzökarlığdan uzaq olsa da.
 
 
 

 
 

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur