Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Karantində bu şəxslərə küçəyə çıxmağa icazə veriləcək - SİYAHI

Karantində bu şəxslərə küçəyə çıxmağa icazə veriləcək - SİYAHI

yüklənir...
İki həftəlik sərt karantin günlərində ancaq aşağıdakı şəxslərin xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol veriləcək.

1.2.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin,
Azərbaycan Respublikası Tibb Xidmətinin, Azərbaycan Respublikası, Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;

1.2.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və
 
Aparatının əməkdaşları;

1.2.3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri
və onların müavinləri;

1.2.4. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən
dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların
müavinləri;

1.2.5. hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə
tutulmuş orqanların əməkdaşları, vəkillər;

1.2.6. Azərbaycan Respublikasında akkreditasiya olunmuş
diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları
və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

1.3. Bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna
olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının,
"ASAN Könüllüləri” İctimai Birliyinin, "Aqrar İnkişaf Könüllüləri”
Hərəkatının, "Regional İnkişaf” İctimai Birliyinin, "Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində
nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin
əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam
etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və
texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan
əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən
tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə
"icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

1.4. Kənd təsərrüfatı məhsullarının toplanması, habelə növbəli
suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti
sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşları barədə
məlumatlar işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət
göstərən fiziki şəxslərin hərəkətinə isə onlar barəsində məlumatlar
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu
yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri
tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə
"icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur