Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Naxçıvanda “ASAN xidmət” yaradılması haqda sərəncam

Naxçıvanda “ASAN xidmət” yaradılması haqda sərəncam

yüklənir...

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan şəhərində "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncamda deyilir:

1. Naxçıvan şəhərində "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 8,8 milyon (səkkiz milyon səkkiz yüz min) manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur