Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Elmar Məmmədyarov Şuşada

Elmar Məmmədyarov Şuşada

yüklənir...

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov özünün "Facebook” səhifəsində xarici işlər naziri Elmar Məmmədyarovla bağlı maraqlı paylaşım edib.

Səfir 1992-ci ilin yanvarında Şuşada çəkilmiş fotonu paylaşaraq bunları yazıb:

"Şuşa 1992, yanvar. Elmar Məmmədyarov, Yaşar Əliyev, Murad Heydərov.

1992-ci ildə Xarici İşlər Nazirliyinin protokol şöbəsinin müdiri vəzifəsində işləyən Elmar Məmmədyarov ATƏT-in nümayəndə heyyəti ilə mütəmadi olaraq ataşə tutulan, mühasirədə olan Şuşa səhərinə helikopterlə səfər edib. Səfər zamanı nümayəndə heyyəti Şuşanın düşdüyü son dərəcə çətin durumu, blokada şəraitində yaşayan və hər an ölüm təhlükəsi ilə üz-üzə gələn mülki əhalinin acı vəziyyətinin şahidi olub.

Elmar Məmmədyarov ATƏT-in nümayəndə heyətinə Dağlıq-Qarabağın durumu, mülki əhaliyə qarşı aparılan etnik təmizləmə siyasəti, ermənilərin məkrli planları haqqında məlumat verərərk, ATƏT təmsilçilərini bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına səsləyib.

Şuşanın, Laçının mühasirədə olduğu vaxtlarda Elmar Məmmədyarov dəfələrlə müxtəlif beynəlxalq təşkilatların nümayəndə heyətlərinin mühasirədə olan rayonlarımıza səfərlərini təşkil edib, erməni hərbi birləşmələrinin mülki əhaliyə divan tutmasını xarici müşahidəçilərin gözü ilə bütün dünyaya nümayiş etdirib”.

Xatırladaq ki, E.Məmmədyarov 2004-cü ildən Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışır.


скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur