Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
“Kristal Abşeron” sakinləri Prezident Administrasiyasına yürüş edəcək - ÖZƏL

“Kristal Abşeron” sakinləri Prezident Administrasiyasına yürüş edəcək - ÖZƏL

yüklənir...
"Kristal Abşeron” tikinti şirkətinin sakinləri yenidən redaksiyamıza müraciət edib

Bu dəfə onlar  qeyd ediblər ki, problemlə əlaqədar Prezident Administrasiyasına yürüş edəcəklər.

Sakinlərin sözlərinə görə, "Kristal Abşeron” istilik pulunu kvadrat metri üçün 0.40 qəpikdən 0.70 qəpiyə qaldırıb. Şirkət rəhbərliyi bunu mavi yanacağın tarifinin artması ilə əlaqələndirməyə çalışıb. 

Onlar bu məsələni saytımıza vasitəsi ilə ictimailəşdirib. Lalkin payçıların şikayətinə məhəl qoyan olmayıb. Ona görə də PA-nın qarşısında askiay keçiriləcəyi deyilir. 

Bununla sakinlər həm mənzilində işlətdiyi qazın, həm də şirkətin xərclərini ödəməyə məhkum olunub. Üstəlik, məbləğin 30 qəpik qaldırılması vətəndaşların cibinə girərək soyğunçuluq etməkdir. 

Şirkətin binalarından ev alanlar məyus və peşman olduqlarını, "Kristal Abşeron”dan əhalinin ev almamağı tövsiyə etdiklərini və bu firmanı dələduz saydıqlrınhı qeyd ediblər. 

Onsuz da əhalinin sosial vəziyyəti ağırlaşır, yaşamaq çətinləşir, gəlirlər azalır, xərclər çoxalır, bahalaşma və işsizlik artır. 

Bu zamanda kreditlə ev alıb güc-bəla dolanan sakinlərin üstünə ağır yüklər qoymaq qanunsuzluq və insafsızlıqdır. 

Sözügedən şirkətin rəhbərliyinə müraciət edən sakinlərə mühafizəçi kobud şəkildə cavab verib. 

Mühafizəçi deyib ki, rəhbərlik kimsəni eşitmək istəmir və hara istəyirlərsə şikayət etsinlər. 

Bu şirkətin deputat Ağalar Vəliyevə məxsus olduğu sirr deyil. Deputat birbaşa prezidentin daxili siyasətinə zidd addımlar atmaqla cibini doldurmağı düşünür.

Politika.Az

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur