Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Tarif Şurası və firmalardan sabotaj: “İlham Əliyev, qırılırıq, apteklərdə dərman yoxdur” - Təcili

Tarif Şurası və firmalardan sabotaj: “İlham Əliyev, qırılırıq, apteklərdə dərman yoxdur” - Təcili

yüklənir...
Tarif Şurasının dərman bazarında bahalaşma qərarı diqqətdən kənarda qald. İşıq və qaz pulunun qalxması dərman sektorundakı qiymət artımı haqda qərarı arxa plana keçirdi; Amma faktiki olaraq apteklərdə dərman böhranı hökm sürür...

Depolar aptekləri dərmanla normal səviyyədə təmin etmir. 

Vətəndaşlar apteklərdən istədiyi dərmanı tapa bilmir və aylardır ki, bu problem davam edir. Aptek sahibləri günahı dərman firmalarında və depolarda görür. 

Onların sözlərinə görə, Tarif Şurasının son qərarından sonra vəziyyət daha mürəkkəbləşib. Apteklər sabotaj olunur və dərmanla təchiz edilmir. 

Bir qrup oxucu tərəfindən daxil olan məktubda bildirilir: "Cənab prezident, dərman bazarındakı anarxiyadan hamımız xəbərdarıq. Siz çıxışlarınızın birində bu məsələyə sərt şəkildə tənqidinizi bildirdiniz. 

Tapşırıldı ki, dərman bazarı tənzimlənsin, qiymətlər aşağı salınsın. Amma Tarif Şurası bahalaşmaya getdi. Bu fürsətdən istifadə edən dərman şirkətləri sabotajla məşğuldur və artıma gediblər. 

Üstəlik, depolardan apteklərə dərman məhdud formada verilir. Uşaqlarımıza, qocalarımıza hər dərmanı ala bilmirik. 

Apteklər də narazıdırlar. Deyirlər ki, əvvəl tez tapılan dərmanları indi gündüz əldə çıraq axtarmaq lazımdır. Cənab prezident, belə getsə qırılacağıq. Yalnız siz kömək edə bilərsiz”. 

Valyuta bazarında yaşanan gərginlik, bankların dollar satmaqdan imtina etməsi, sahibkarların maliyyə durumunun pisləşməsi əczaçılıq sahəsində ciddi problemlərə yol açıb. 

Bu da əhalinin sağlamlığını təhdid edir. Problemlərdən biri müxtəlif adda dərmanların apteklərdən yoxa çıxmasıdır. 

Bu sahədə inhisarçılıq yaranıb. Bəzi inhisarçı şirkətlər öz apteklərinə dərmanı ucuz, digərlərinə isə baha verirlər. Beləcə daha çox alıcı cəlb edirlər. Alınan hər partiya dərmanın qiyməti öncəkindən ciddi şəkildə fərqlənir. Bahalaşma həm də aptekləri sıradan çıxara bilər.

Bazarda dərman qıtlığının yaranacağı barədə ekspertlər də xəbərdarlıq edir. Onlar bunu valyuta bazarında dolların satılmaması və qara bazarın ləğv olunması ilə əlaqələndirirlər. 

Ölkə başçısı dərmanların baha satıldığını deyib və Səhiyyə Nazirliyinə bu sahədə hökm sürən özbaşınalıqların aradan qaldırılması üçün tapşırıqlar verib. Devalvasiya prosesindən isə bəzi əliəyrilər və möhtəkirlər öz ciblərini doldurmaq üçün fürsət kimi yararlanmağa çalışıblar. 

Onların sırasında Azərbaycanın dərman bazarında inhisarçı mövqeyə malik olan "Avromed Company” ASC-nin rəhbərliyi də yer alırdı. Bu şirkətin sahibi deputat C.Feyziyevdir. Millət vəkili əsas inhisarçı və bahalaşmaya səbəbkar olan şəxsdir.
скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur