Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Akif Çovdarovun adamı – Siyanfər Əliyev Mövlan Şıxəliyevin müdafiəsinə qalxdı

Akif Çovdarovun adamı – Siyanfər Əliyev Mövlan Şıxəliyevin müdafiəsinə qalxdı

yüklənir...

İnsultlu xəstənin evinə "elçi” yollayan bələdiyyə sədri onları nə ilə təhdid edib?

Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevin sabiq MTN generalı, hazırda barəsində Bakı Hərbi Məhkəməsində araşdırma aparılan Akif Çovdarovun adamı kimi tanındığı, ölkə mətbuatında bu barədə çoxlu sayda informasiyaların yer aldığı hər kəsə bəllidir. Bu günlərdə cumhuriyyet.az-a müraciət edən Bakı şəhər sakini Ülviyyə Abdalova bələdiyyə sədri ilə bağlı şikayətini dilə gətirib.
Şikayət məktubunda deyilir: "Hörmətli redaksiya. Nəzərinizə çatdırıram ki, mən və həyat yoldaşım 2006-cı ildə sabiq MTN rəhbərliyinin qanunsuzluğuna məruz qalmışıq. Belə ki, qeyd edilən ildə MTN əməkdaşları qanunsuz əməliyyat keçirərək bizim dəyəri milyonlarla hesablanan zinət əşyalarımıza, 10-a qədər mənzilimizə, bir neçə avtomobilimizə əl qoyub. Bu azmış kimi ləğv edilən MTN-nin Baş İstintaq İdarəsinin rəisi general Mövlan Şıxəliyev MTN tərəfindən əl qoyulan qızıl-zinət əşyalarını geri qaytaracağını vəd edərək bizdən 3 milyon manat məbləğində pul aldı ki, həmin pulun müqabilində bizə dəyən zərərin ödənilməsi reallaşmadı. 2015-ci ildə məlum MTN olaylarından sonra mən başımıza gətirilən müsibətlərlə bağlı Baş Prokurorluğa müraciət etdim. Hansı ki, həmin müraciətdə Mövlan Şıxəliyevlə bağlı şikayətim də öz əksini tapmışdır. Lakin mənim rəsmi dövlət qurumları, həm də mediada səsləndirdiyim şikayətlər bəzi vəzifə sahiblərini narahat etməy başlayıb ki, bunlardan da biri Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevdir.
Hörmətli redaksiya! S.Əliyev cari ilin 24 yanvar tarixində Masazır bələdiyyəsinin bir qrup üzvünü Masazırda Qaçaq Nəbi ilə Şıxəli Qurbanov 22 küçələrinin kəsişdiyi yerdə yaşayan analığım Abdalova Rübabə Əkbər qızı və atalığım Abdalova İlyas Məcid oğlunun yaşadığı ünvana yollayaraq onları şantaj edib. Belə ki, bələdiyyə üzvləri insult keçirən analığıma bildiriblər ki, onlar bura S.Əliyevin tapşırığı ilə gəliblər və əsas tələbləri budur ki, mən, yəni Ülviyyə Abdalova şikayətimi dayandırım, onlarla bağlı rəsmi dövlət quurmları və mediaya ünvanladığım şikayətlərdən imtina edim. Bələdiyyə üzvləri bildiriblər ki, S.Əliyev deyir ki, əgər Ülviyyə Abdalova "mənim ərazimdə” yaşamaq, "mənim ərazimdə” mənzil sahibi olmaq istyirsə M.Şıxəliyevlə bağlı şiikayətini dayandırsın. Bələdiyyə sədri əks-təqdirdə valideynlərimin yaşadığı evi sökdürəcəyini bildirir. Mən burdan ölkə başçısına, hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət edirəm və xahiş edirəm ki, onlar aşağıdakı məsələləri araşdırsın.
Birincisi, bu günə qədər A.Çovdarovun müdafiəçisi kimi tanınan Siyanfər Əliyev bu gün M.Şıxəliyevin müdafiəsində niyə, hansı məqsədlə dayanır? İkincisi, S.Əliyevdə yaşlı və xəstə insanları şantaj etmək, vətəndaşlara hədə-qorxu gəlmək cəsarəti hardandır? Ona bu cəsarəti kim və ya kimlər verir?
Hörmətli redaksiya! Bu gün S.Əliyev M.Şıxəliyevin açıq havadarı və müdafiəçisi qismində çıxış edir ki, bu faktın güc orqanları tərəfindən ciddi şəkildə araşdırılmasına ehtiyac var. Əgər bu faktla bağlı rəsmi araşdırma başlayarsa, bunun bələdiyyə sədri ilə bağlı daha bir çox ilginc məqamı üzə çıxaracağı şübhəsizdir”.

  • Siyanfər Əliyev Abdalovlara məxsus Masazırdakı evi necə, hansı əsasla sökdürməyi planlaşdırır?
  • Blədiyyə sədrinin "mənim ərazim” dediyi Masazır həqiqətənmi dövlətin balansından çıxaraq Siyanfər Əliyevin özəl mülkiyyətinə daxil olub?
  • Siyanfər Əliyevin icra nümayndəliyində işləyən hansı qohumu Ülviyyə Abdalovanın valideynlərin hədə qorxu gəlib?
  • İnsultlu xəstənin şəkillərini çəkərək onu internetdə biabır edəcəyini bildirən şəxs kimdir?
  • Hansı vəzifə sahibi polisin səlahiyyətlərini mənimsəyib?

скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur