Ana səhifə |    Haqqımızda |    Əlaqə
  
yüklənir...
Əli Abbasov Ramiz Mehdiyevə təşəkkür etdi

Əli Abbasov Ramiz Mehdiyevə təşəkkür etdi

yüklənir...

AMEA Rəyasət Heyətinin qərarı ilə akademik Əli Abbasov "Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin edilib. O, bu gün AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) keçirilən tədbirdə kollektivə təqdim olunub.

AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov Ə. Abbasovu kollektivə təqdim edərək alimin elmi, elmi-təşkilati, ictimai-siyasi və pedaqoji fəaliyyətindən danışıb. 
Bildirib ki, YT Parkın fəaliyyəti Elmlər Akademiyası üçün əsas prioritet istiqamətlərdən birini təşkil edir və AMEA Rəyasət Heyəti bu qurumun rəhbərliyinin və kollektivinin elmi-innovativ fəaliyyətlə bağlı bütün təşəbbüslərini dəstəkləməyə hazırdır.

 

Tədbirdə çıxış edən akademik Əli Abbasov yeni vəzifəyə təyinatına görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə və Rəyasət Heyətinə minnətdarlığını bildirib. 

Qeyd edək ki, Əli Abbasov 2014-2015-ci illərdə Rabitə və Yüksək Texnologiyalar naziri olub.

 




скачать dle 10.6фильмы бесплатно
yüklənir...

Digər son xəbərlər

©2016 DogruXeber.Com | Bütün hüquqlar qorunur